adalet.az header logo
  • Bakı 7°C
23 Iyul 2018 13:18
9136
GÜNDƏM
A- A+

VAY CANINA, O QƏDƏR GÜLDÜM Kİ

Yadınızdadırsa, Beyləqanda gərək ki Yaponiya səfirliyi bir tualet tikdirmişdi, açılışı olmuşdu. Mətbuatda, eləcə də sosial şəbəkələrdə düz bir həftə gündəmdən düşmədi, lağ obyektinə çevrildi. Və unutdular ki, bir ölkənin mədəniyyəti onun tualetindən və yolundan başlayır.

İki-üç gün bundan qabaq qardaş Türkiyədə – Yalovada dəyəri 193 min türk lirəsi olan bir ictimai tualetin təntənəli açılışı oldu. Həmin tualeti də Cənubi Koreya səfirliyi tikdirib. Tualetin açılışında bilirsinizmi kimlər vardı – Yalovanın bələdiyyə başçısı, Yalovadan olan millət vəkilləri, Türkiyənin tanınmış adamları və Cənubi Koreyanın İstanbuldakı baş konsulu. Amma baxdım Türkiyə mətbuatına, heç kim lağ eləməmişdi, əksinə, xoş sözlər yazılmışdı.