adalet.az header logo
  • Bakı 20°C
23 Iyul 2018 13:01
9860
DÜNYA
A- A+

İsrail hərbçiləri fələstinli yeniyetməni güllələdi

İsrail hərbçiləri İordan çayının qərb sahillərindəki "Daxişa” miqrant sığınacağında 13 yaşlı yeniyetməni güllələyib.

Adalet.az xəbər verir ki, bununla bağlı "Anadolu” agentliyi Beyt-Cala şəhərinin Əl-Hüseyn xəstəxanasındakı mənbəyə istinadla məlumat yayıb.

Yeniyetmə sığınacaqdakı iğtişaşlar zamanı sinəsindən aldığı güllə yarası nəticəsində həlak olub.

Şahidlərin sözlərinə görə, İsrail ordusu səhər saatlarında sığınacaqda reyd keçirib. Bu zaman fələstinlilərlə hərbçilər arasında toqquşma baş verib.