adalet.az header logo
  • Bakı 7°C
23 Iyul 2018 12:26
4590
HADİSƏ
A- A+

İki qardaş faciəvi şəkildə ölüb

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iyulun 22-də saat 5 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakinləri Fariz Novruzlunun idarə etdiyi "Mercedes” markalı avtomobillə Tural Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "M” markalı motosiklet toqquşub.

Nəticədə T. Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.