Ceyhun Rzayev: Sən nətəhər italyansan?
"Qarabağ" 5-ci dəfədi Çempionlar Liqasının ilkin təsnifat mərhələsində çıxış edir.
Yalnız "Samtrediya"nı hər 2 matçda məğlub ediblər.
Azərbaycan çempionu ikinci mərhələdə daha yaxşı futbol oynayacaq. Bu, öyrəşdiyimiz vəziyyətdi.
- Zubir əla transferdi. "Kukesi" ilə matçlarda daha yaxşı olacaq.
- Slavçevi Sloveniyada qətiyyən bəyənməmişdim. Bu dəfə yaxşıydı. Bolqar Almeyda deyil, sırf dağıdıcı yarımmmüdafiəçidi, yaradıcı planda zəifdi.
- Mütləq mərkəz hücumçusu lazımdı.
- Vaqnerə iş düşmədi. Əsas üstünlüyü soyuqqanlı və səliqəli oynamasıdı.
- Bədavi ağır zədədən sonra formaya düşür.
- Gerye belə davam etsə, Aqolli çətin start heyətinə düşsün.
"Qarabağ" "Kukesi"yə qarşı da aşkar favoritdi.
***
Bahodir Nasimov sanki 3 pors özbək plovu yeyib çıxıb meydana.
***
UEFA bu hakimləri hardan tapır? "Keşlə" - "Baltsan" oyunun referisi Mixail Vilkovun qarnı bizim veteran hakim Orucəli Durmuşovdan da böyükdü.
***
Bordinin "Neftçi"yə ilk xeyri Rəşad Əzizlini yanında otuzdurub qapıya Səlahət Ağayevi qoymaqdı.
***
Bordin bütün italyanları söydürəcək e... Heç nə yox, adama porno-industriyanın mərkəzi Macarıstanda uduzmaq pis təsir eləyir.
***
Aftandil Hacıyevin "Səbail"ə, Ayxan Abbasovun "Zirə"yə 60 min dollara götürmədiyi xorvat Braliçi Bordin 120 min dollara "Neftçi"də oynadır. Sən nətəhər italyansan?
***
Kamran Quliyev demişdi ki, bu il çempion olmaq istəyirik. Kamran Quliyev çempion olsa, düz 1 ay elədiyi bazarlığı marketin kassasından əllərimlə aparıb maşınına qoyaram. Söz verirəm ki, əluzunluq eləyib, içindən heç nə götürməyəcəm.