adalet.az header logo
  • Bakı 6°C
22 Iyul 2018 16:18
20370
TEXNOLOGİYA
A- A+

İnstaqramda mühüm yenilik

İnstaqramda artıq onlayn olan istifadəçiləri görmək mümkündür.

Adalet.az xəbər verir ki, istifadəçilər Feysbuk messencerində olduğu kimi, onlayn olduqları halda yaşıl nöqtə ilə işarələnirlər. İstifadəçinin statusunu yalnız onun dostluğunda olan və yaxud onun yazışma apardığı insanlar görə bilir. İstəkdən asılı olaraq bu funksiya gizlədilə də bilər.

Qeyd edək ki, sosial şəbəkədə onlayn olanları yalnız "Direkt" bölməsində görmək mümkündür, lakin gələcəkdə, tətbiqin yeni versiyasında yaşıl işarə xəbər lentində istifadəçinin şəkilinin yanında da qeyd olunacaq.