adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Iyul 2018 16:02
9959
İDMAN
A- A+

Şevçenkoya yenidən etimad göstərildi

Futbol üzrə Ukrayna millisinin baş məşqçi Andrey Şevçenko ilə müqavilənin müddəti 2020-ci ilin iyul ayınadək uzadılıb.

Əfsanəvi futbolçu ilə yanaşı onun köməkçiləri Andrea Maldera, Mauro Tasotti və Pedro Xaro ilə də yeni müqavilə imzalanıb.

Ukrayna Futbol Federasiyası məşqçilər heyətinin qarşısına 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etməyi məqsəd qoyub.

Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasına rəhbərlik edir.