adalet.az header logo
  • Bakı 7°C
22 Iyul 2018 15:52
5814
HADİSƏ
A- A+

Masallıda yanğın olub

Masallıda yanğın qeydə alınıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, rayonun Xıl kəndində ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə və damına yığılmış 12 ton ot bağlamasının 7 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.