adalet.az header logo
  • Bakı 7°C
22 Iyul 2018 12:28
8253
MƏMLƏKƏT
A- A+

Ölkə üzrə istixanaların sayı açıqlanıb

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min tona çatıb.