adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
21 Iyul 2018 09:16
6865
GÜNDƏM
A- A+

ZAQATALA: QAZANILAN UĞURLAR VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR

(əvvəli ötən saylarımızda)

2018-ci ilin I yarım ili ərzində rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmətləri genişləndirilmişdir. Proqnozlaşdırılmış 246.48 min manata qarşı 246.586 min manat tarif gəliri əldə edilmişdir. 2018-ci il 01 iyul tarixdə rayonda telefon istifadəçilərinin sayı 491 nəfər artaraq 23437 nəfərə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 2459 nəfər artaraq 13627 nəfərə çatmışdır.
Hesabat dövründə rayonun ümumtəshil məktəblərində "Ümumtəhsildə keyfiyyət ili" çərçivəsində məktəblərdə açıq dərslər, bilik yarışları, müsabiqələr keçirilmiş, rayonda fəaliyyət göstərən Dayaq məntəqələrində perspektivlər, reallıqlar və qarşıda duran vəzifələrə dair seminarlar təşkil olunmuşdur.
Hesabat dövründə "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində tədrisdə fərqlənən rayonun 40 nəfər X-XI sinif şagirdləri Gəncə - Şəmkir - Göygöl bölgəsinə səfər etmiş, turda iştirak edən 7 rayon şagirdləri arasında bilik yarışları keçirilmiş, Zaqatala rayonunun komandası II yerə layiq görülərək kubok sahibi olmuş və xoş təəssüratlarla geri qayıtmışlar.
Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 18 rayonun 680 nəfər məktəblisinin Zaqatala Heydər Əliyev Mərkəzində qarşılanması, rayonun tarixi və mədəni abidələri, emal müəssisələri ilə tanışlıq və yola salınması mərasimləri uğurla başa çatmışdır.
2018-ci ilin I yarımilində Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 93859 nəfər ambulator qəbul, 1378 nəfər evə gediş olmuşdur.
Dispanser qeydiyyatında olan 2033 nəfər şəkərli diabet, 362 vərəm, 311 onkoloji, 606 psixiatrik, 7 hemofiliya xəstəsinə müayinə və müalicələr təyin edilərək, zəruri dərman preparatları ilə təmin edilmişlər. Zaqatala Müalicə Diaqnostika Mərkəzində xroniki böyrək çatışmazlığı diaqnozlu ilə qeydiyyatda olan xəstələrdən 36 nəfərinə mütəmadi olaraq dializ proseduru aparılır. Rayonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması işi başa çatmış, 5 mərkəzdə həyata keçirilmiş tibbi müayinələrdə 75552 nəfər müayinədən keçirilmiş, 7022 nəfər ambulator, 102 nəfər stasionar müalicəyə cəlb edilmişdir ki, bundan da 9 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. 2018-ci ilin birinci yarımili ərzində milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlik hisslərinin artırılması məqsədilə rayonda tarixi günlər, əlamətdar hadisələr və bayramlarla əlaqədar müxtəlif konfranslar, bayram şənlikləri, konsert proqramları, sərgilər və ədəbi-bədii gecələr təşkil edilmişdir.
Ötən 6 ayda Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə, "Mütaliə günü", tələbə-gənclər arasında Heydər Əliyev irsinin təbliğinə həsr olunmuş lektoriya, "Xalqına həsr olunmuş ömür" adlı şeir və mahnı müsabiqəsi, "Heydər Əliyev və klassik musiqi" adlı fortopiano gecəsi, "Vergi uşaqların gözü ilə" sərgi və tədbir təşkil olunmuşdur.
Hesabat dövründə Heydər Əliyev Mərkəzində 124 gənc ailənin nikahı qeydə alınmışdır.
Rayonda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində ardıcıl tədbirlərın həyata keçirilməsi, açıq hökumətin təşviqi ilə bağlı tədbirlərin icrası təmin edilmiş, müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsi ilə "ASAN" xidmət tərəfindən ümumilikdə 5802 xidmət göstərilmişdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, vətəndaşların müraciətlərinə və problemlərinə laqeyd münasibətə qarşı kəsərli tədbirlər görmüşdür.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə maarifləndirmə tədbiri keçirilmişdir.
Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuşdur.
2018-ci ilin 6 ayı ərzində rayonda 59 cinayət hadisəsi qeydə alınmış, kompleks şəkildə aparılmış tədbirlər nəticəsində cinayətlərin açılması 92,2 faiz olmuşdur.
Bu ilin birinci yarımilində nümayəndəliklərdə mövcud sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həll olunmasında, abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin aparılmasında şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və bələdiyyələrin qarşılıqlı fəaliyyəti təmin olunmuş, ərazilərdə mütəmadi iməciliklər təşkil edərək, magistral yolların kənarlarının abad və təmiz saxlanılmasına daim diqqət yetirilmişdir.
RİHB yanında daimi fəaliyyət göstərən qərargahın fəaliyyətinin nəticəsi olaraq əhali və qeyri əhali sektorundan elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyərinin tam həcmdə ödənilməsi təmin edilmişdir.
2018-ci ilin 6 ayı ərzində RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların demoqrafik göstəricilərinin ümumiləşdirilərək RİAİS proqramına ötürülməsi, eyni zamanda bələdiyyələrin yarım illik fəaliyyətləri barədə S-81, S-83 formaları ümumiləşdirilərək mərkəzi serverə ötürülməsi təmin edilmişdir. Bələdiyyələrin yarımillik hesabatlarının qrafiki hazırlanmış, hesabatların keçirilməsi nəzarətdə saxlanılacaqdır. Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Qanunlarını rəhbər tutaraq öz fəaliyyətini daim təkmilləşdirir, sənədlərlə iş, vətəndaş müraciətlərinə baxılması sahəsində işləri mövcud qanunvericiliyin tələbləri səviyyəsində qurmağa səy göstərir.
Yığıncağa yekun vurularkən sonda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə demişdir:
- Ulu öndər Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində bugünkü iqtisadi cəhətdən güclü və qüdrətli 100 yaşını qeyd edən Azərbaycan yaranıb.
Bunu 26 iyun tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi parad bir daha sübut etdi.
Müstəqilliyini ildən-ilə möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı artdıqca, xalqımızın gələcəyə inamı daha da güclənmiş, Dövlətimizin başçısı Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi üçün böyük cəsarət və əzm göstərir. Xalqımız inanır ki, o Böyük qayıdışın reallaşması artıq uzaqlarda deyil.
Bu gün ölkəmizdə görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzaranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır...
Məzahir ƏHMƏDZADƏ