adalet.az header logo
  • Bakı 7°C
20 Iyul 2018 17:35
7377
GÜNDƏM
A- A+

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

Təhsil sahəsində baş verən dəyişikliklərin cəmiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrinin və bu sahədə peşəkarlıq nümayiş etdirən təhsil sahəsi əməkdaşlarının 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar təltif olunması mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, mərasimdə təhsil naziriCeyhun Bayramov, Mətbuat Şurasının sədriƏflatun Amaşovvə media nümayəndələri iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov 143 il öncə Azərbaycan mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin şanlı səhifəsi və müstəqilliyə doğru yolun başlanğıcı kimi dəyərləndirib.

Nazir bildirib ki, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan ölkə Prezidentiİlham Əliyevmətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib.

Ceyhun Bayramov mətbuatın təhsil mövzusuna xüsusi diqqət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirib, media nümayəndələrini təhsilin uğurlarını, problemlərini, bu sahədə həyata keçirilən islahatları cəmiyyətə çatdırmaqda daha da aktiv olmağa çağırıb.

Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsindən danışıb.

Sonra təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında fəallığı ilə seçilən media nümayəndələri və bu sahədə çalışan təhsil işçiləri təltif olunub.