Əbülfət MƏDƏTOĞLU: KAŞ MƏNİ SEVMƏYƏYDİN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
48560 | 2018-07-20 16:17

Yazımınbaşlığını bilgisayara diqtə edib nəfəsimi dərəndə iş otağımızın pəncərəsindəniçəri ruhu oxşayan, adamı bir anlıq özü ilə birlikdə göy üzünə çəkib aparan azan səsi gəldi. Bu səso qədər həzin, o qədər möhtəşəm idi ki, Gülər xanım bilgisayarın arxasında, mənisə pəncərədən boylandığım vəziyyətdə susduq. Mən yüzə-yüz əminəm ki, həmin səs,həmin azan Gülər xanımı da bir anlıq "Azərbaycan" nəşriyyatındangötürüb apardı. Çünki onun da ruhunda, onun da əxlaqında Allah xofu və imanvar. İmanı, Allah xofu olan hər kəs o səsi eşidəndə özündən asılı olmadanqeyri-ixtiyari dayanır. Dayandığı yerdəcə susur. Bu susmaq fiziki anlamdadır. Yənidili-dodağı danışmır. Amma ürəyi onda Allaha o qədər yaxın olur ki, onu ifadəetmək, onu sözə çevirmək mənim imkanım xaricindədir!..

Bax, belə bir məqamdamən özüm də bilmədən razılaşmalı oldum. Bilirsiniz nə ilə? Onunla razılaşdımki, bugünkü yazımın başlığı bilgisayara köçürülüb interval vurulanda azanın başlamasıiç dünyamın közərən işığına nur kimi əlavə olundu. Və mən o nurun fonunda təkcəözümü, ətrafımı deyil, həm içimi, həm də içimdəki Səni gördüm. Gördüm ki, budünya elə mənim arzularım boydadı... gördüm ki, bu dünya mənim səsimin çatacağıməsafəyə qədərdir... gördüm ki, bu dünya Sənin durduğun, olduğun və olacağınyerdi.

Bəli, bunlarıgörmək, anlamaq və görüb anladığının şərhini vermək o qədər də asan deyil.Çünki hər kəsin özəl görmə bucağı var.Ona görə də mənim gördüyüm, mənim duyduğum və mənim verdiyim şərh heç də müqəddəskitab yazısı deyil. O sadəcə mənim dərk etməmin ifadəsi və bir də görməqabiliyyətimin ortaya qoyduğu görüntülərdi. Amma hər nə olur-olsun və kim dənecə qəbul edir-etsin heç nə deyə bilmərəm.

Sadəcə onu deməkdəözümü haqlı sayıram ki, sən mənim dünyamda olmusan, varsan və olacaqsan! Neyləyimki, bu qənaətim, bu qərarım sənin tərəfindən birmənalı qarşılanmır.Hətta şübhələrədə tuş gəlir. Belə olan halda əlim hər yerdən, hətta azan səsiningedib çatdığı məqamdan da üzülür. Onda öz-özümə deyirəm ki:


Kükrədi, daşdı -dedim,

Ürəyə - daşdı! -dedim.

Mindəfə kaş ki - dedim.

Sənməni sevməyəydin.


Xəyalımbulud üstə,

Canyerdə, bulud üstə.

Birçınqı umud üstə -

Sənməni sevməyəydin.


Yuxumuatlandırıb

Atıqanadlandırıb...

Ruhumdanqan aldırıb -

Sənməni sevməyəydin...


Könlünaldanıb, seçib,

Birişdi olub, keçib.

Taymənim odum keçib -

Kaşməni sevməyəydin...


***

Adətənyazıya köklənəndə hər şeyi unutmağa çalışıram. Amma neyləyim ki, işlə bağlı zənglər,yazı otağına icazəsiz müdaxilələr, xüsusilə dizaynerimiz Şamxal Şəbiyevin"toy tutmaq" ovqatlı ifaları məni kökləndiyim notdan tez-tezuzaqlaşdırırdı. Və məcbur olub yenə ilknöqtəyə qayıdırdım. Ona görə də yazınınləngərli alınmasını gərək üzürlü sayasınız...

Hə,insan olanın, insan yarananın həm ömür yolu öncədən Tanrı tərəfindən müəyyənləşdirilir,həm də onun qohum-əqrabası, çevrəsi təyin olunur. Yəni heç kim özünə dünyaya gəldiyian qohum seçmir qardaş-bacını da, əmi-dayınıda, xala-bibini də Tanrı özü hər kəsin taleyinə qoşur. Və bu qoşalaşan taleyolları davam etdikcə o yolun həm də gərgin, bəzən qaranlıq məqamları dainsanın həyatına, ovqatına öz təsirini göstərir. Təkbaşına yol getmək, təkbaşınaöz dünyana çəkilmək belə məqamda xeyli çətinləşir. Bunun başlıca səbəbi də sənin, mənim qohumluq tellərimdi. Kimlərinsə hayınaçatmaq, kimlərinsə işinə yardımçı olmaq, bəzən hərdən kimlərisə də çiynindədaşımaq məcburiyyətində qalırıq. Bu məcburiyyətin savabı onda olur ki, etdiyin,göstərdiyin xidmət bir təbəssümlə, bir mimikayla qiymətləndirilir, dəyərləndirilir.Nə yazıqlar ki, həmin bu dediyim diqqət artıq əriyib qurtarmaqda olan şamdı.Onu hamı görmür, onu hamı önəmli saymır. Görənlər də bunu qohumluq borcu,qohumluq missiyası hesab edir. İddiada, tələb də budur ki, "etməlisən!". İndi hünərin var etmə?!

Əslində hərbirimizin bu məqamda özümüzə görə hünərimiz var. Lakin o hünəri göstərməyə əxlaqımızyol vermir. Deyə bilmirik ki, "öz yükünü özün daşı!".

Deməli, bax, buvurğuladığım nöqtəni mən təsadüfdən seçməmişəm. Çünki yavaş-yavaş uzaqlaşan,aramızdakı məsafəni soyuq havalarla dolduran qohumlar, doğmalar mənim "birişə yaramadığımı" hiss etdikcəsusmağa daha çox üstünlük verirlər, görməməyi daha zəruri sayırlar. Və məndə onların bu "möhtəşəm" sevgisindən məmnunluqla, içində sənin dəolduğun ürəyimin halına qalmağaçalışıram. Təəssüf ki, ürək məsələsində iş işdən keçib. Onu təzədən öz məcrasınadöndərmək mümkün deyil. Bu mümkün olmayan qovuşmanın isə bircə yolu var. O da səninlədanışmaq, səni, yəni iç dünyamın sahibini ziyarət, ibadət etməkdi. Məhz bu qərarın,bu daxili istəyin diqtəsilə də üzümü sənə tuturam və yazıram:


Qu tükündənyumuşaq

Bir beşikdi ürəyim.

Sığışa bilmədiyin-

Ev-eşikdi ürəyim.


Gözümə yer, göydəyir

Qamətimi göy əyir.

Hava çəkir, göynəyir-

Gəl, deşikdi ürəyim!..


Batıb aha -günaha

Əlin açıbAllaha.

Dinindən dönübdaha -

Bax, keşişdi ürəyim!..


***

Sözün dəyərini,necə deyərlər, vəznini az-çox bilirəm. Onu çox deyəndə, çox xırdalayanda həm təsirgücünü, həm effektliliyini, həm də loru dildə desək, kəsərini itirir. Ona görədə istənilən yazımda ovqatımı az sözlə, məntiqli sözlə şərh etmək istəyirəm.Lakin nə edə bilərəm ki, öncə də vurğuladığım kimi, ovqatımı öz əlimdəsaxlamağa imkan vermirlər. Bu mənada ürəyimin haldan-hala düşməsi, hətta sevgidilinə keçməsi, sevgi dilinə ibadəti bir məcburiyyət kimi qarşıma çıxır. Və məndə ona boyun əymişəm, tabe olmuşam. Ən azından ona görə ki, bu dediklərimin içərisindəistənilən nöqtədən baxanda özün, sözün, yerin görünür. Və mən də səni gördükcədaha ürəkli, daha cəsarətli, daha inamlı olmağa çalışıram. Düşünürəm ki,keçdiyim yol, verdiyim qərar ən azından ürəyimin önündə etirafdı... Ən azındanürəyimin qarşısında xidmətdir... Ən azından həm də bu xidmətlər, qərarlar bizimbir-birimizə olan bir az dumanlı, bir az aydın olan yanaşmaların naxışlarıdı, xalı üzərindəki naxışları...

Hə, indi özün, elə həm də sizin özünüz qərar verəbilərsinizmi ki, mən öz seçimimdə, öz qərarımda nə qədər haqlıyam, nə qədər ədalətliyəm.Görürəm susursunuz. Hiss edirəm ki, danışmaq, münasibət bildirmək istəmirsiniz.

Ona görə də özümdemək məcburiyyətində qalıram. Özü də bir şeir parçası kimi. Bəlkə bu şeirkimliyimin danışan dilidir, nə bilmək olar?! Gəlin bu şeiri oxuyaq və yaxud dadinləyək.


Çəkilib dur kənarda

Dodağını büzmədən...

Sevdiyiningözündən -

Gözlərini üzmədən...


Çəkil bir azduman tək,

Bir az da buludkimi...

Dodaqlarıqanamış -

Sonuncu umudkimi...


Çəkil, ammayaranı

Qoyma sarğıgötürsün...

Görüşdən ürəközü -

Səni hər günötürsün!..


***

Bəli, ha istədimki, yazımın əvvəlindəki ovqatıma qayıdım. Alınmadı, daha doğrusu, imkan verilmədi.Ona görə oturduğum yerdən qayıdıb yenə pəncərənin önünə gəldim... yenəboylandım əvvəllər xəyalən söhbət etdiyim Yasamal qəbiristanlığına. Amma bu dəfəqəbiristanlıqla yox, orda inşa edilmiş Allahın Eviylə danışmağa çalışdım.

İçimdən gəlibkeçdi ki, kaş, o minarədən bir azan səsi yüksələydi və məni o səs yenidənyazımın ilk hərfindəki ovqata qaytaraydı.Amma bu istəyim də mümkün deyil. Çünki indi azan vaxtı deyil.

Ona görə də yenəürəyimin qapısını, pəncərəsini döyəcləməyə çalışıram. İstəyirəm ki, heç olmasaürəyimin içindən bir səs eşidim. Adına uçduğumun, kölgəsinə baş əydiyim, özünə sitayiş etdiyim bir doğma səs! O səsi indi bütün varlığımla istəyirəm, arzulayıram. Ammao səs də susur və məni məcbur eləyir ki, bir qadına bu misraları yazım. Yazımki:


Seçdiyim yolugeyindim

Ümid adına,adına...

Öz dərdlərimdəndeyindim -

Mən bir qadına,qadına...


Deyindim başıağrıdı

Gördü ki, daşıağırdı!..

Gözünün yaşıaxırdı -

Çatmazdadına, dadına...


Deyindim,huşu da getdi

Baharı,qışı da getdi...

Birsevgi boşuna getdi -

Düşməz yadına,yadına...


Nəhayət, bütünbu düşündüklərimi, yəni tez-tez pərən-pərən düşən ovqatımı və bu ovqatın yenidənöz məcrasına qayıtmasına təşəbbüsçü, köməkçiolan Gülər xanımın xidmətlərini və bir də işə pəl vurmaqda öz səsilə ustalığınınümayiş etdirən Şamxal Şəbiyevin "yaradıcılığını" caladım bir-birinə.Bu calaq peyvənd məhsulu verəcək, ya heç bar gətirməyəcək, bunu deyə bilmərəm,bu zamanın işidi. O zamanın da hakimləri sizsiniz, yəni bu yazını oxuyanlar.İndi özünüz yazıya da, onun calaqlarına da, bütövlükdə mənim yaşantılarıma danecə istəsəniz, elə də qiymət verin. Seçim də asandı, seçilmək də. Və...

Mən isə indikianda ürəyimdən sənin səsini eşitmək həvəsindəyəm. O səslə bahəm içimdən birazan səsi də gəlib keçir. Ruhumunrahatlığı üçün!


TƏQVİM / ARXİV