adalet.az header logo
  • Bakı 6°C
20 Iyul 2018 15:49
11810
İDMAN
A- A+

Azərbaycan Alpaqut Federasiyasının prezidenti jurnalistləri təbrik etdi

Təbrikdə deyir:

Dəyərli media mənsubları!

Müstəqil Azərbaycan mətbuatının fədakar nümayəndələri!

Sizləri 22 iyul Milli Mətbuat günü münasibəti ilə Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyəti, məşqçi və idmançıları adından səmimi qəlbdən təbrik edirəm.

143 il bundan öncə böyük mütəfəkkil, maarifçı, tərəqqipərvər ziyalımız Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan ilk milli mətbu orqanımız "Əkinçi” qəzeti işıq üzü görüb. Bu qəzet xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində, cəhalətin aradan qaldırilmasında böyük rol oynayib. Həsən bəy Zərdabi kəfəkkürunun məhsulu olan "Əkinçi” qəzeti bu günkü mətbuat nümayəndələri üçün sözün həqiqi mənasında mayak rolunu oynayır.

Təsadüfi deyil ki, Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməzdən əvvəl – 1989-cü ilə ölkəmizdə müstəqil mətbuatın əsası qoyuldu. Məhz 1990-ci lin 19-20 yanvar hadisələrini ölkə və dünya ictimaiyətinə həmin müstəqil mətbuat vasitəsi ilə çatdırıldı.

Dövlət müstəqilliyimizin bərpasından sonra isə fədakar jurnalistlərin çiyinlərində milli mətbuatımız inkışaf edərək, bu günkü səviyyəyə çatıb. Dövlət başçımız cənab İlham Əliyevin matbuata göstərdiyi qayğı və diqqət bu gün göz önündədir. Mətbuatın maddi-texniki təminatının möhkəmləndirilməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdirilması yönümündə həyata keçirilən islahatlar fədakar media mənsublarının əməyinə verilən yüksək qiymətdir.

Qürurla qeyd etmək olar ki, bu gün dövlətçilik ənənələrinə sadiq, vətənpərvərlik ideyalarını yorulmadan təbliğ edən, vicdanlı qələmi ilə xalqımızın rifahına xidmət edən, idmançılarımızın uğurlarını sevə-sevə işıqlandıran böyük bir jurnalist ordusu formalaşıb. Bu jurnalistlər hələ iki əsr bundan öncə H.B.Zərdabi tərəfindən əsası qoyulan bir məktəbin layiqli davamçılarıdirlar. 22 iyul məhz belə fədakar jurnalislərin bayramıdır. Bu gün ölkəmizin hər bir güşəsində vətəndaşlarımız fədakar jurnalistlərimizin əməyi hesabına ölkədə və dünyada baş verən hadisələri operativ izləmək imkanı qazanıblar. Bu baxımdan 22 iyul hər bir xəbər oxucu üçün də dəyərli bir gündür.

Bayramınız mübarək, əziz jurnalistlər! Bir daha sizləri peşə bayramıniz münasibəti ilə təbrik edir, yaradıcılıqda və şəxsi həyatda bol-bol uğurlar arzu edirik!

Dərin hörmətlə Qüdrət Nuriyev
Azərbaycan Alpaqut Federasiyasının Prezidenti