CƏHƏNNƏM GÖRÜNTÜSÜ

FƏRİDƏ RƏHİMLİ
24489 | 2018-07-20 15:47

Adətən vəzifəlilərhaqqında deyirlər ki, işdən çıxanın yerinəeləsini gətirirlər ki, gedənin atasına rəhmət oxusunlar.

Xırdalandabitib-tükənməyən "yol, kanalizasiya tikintisi” başlandığı gündən sakinlərin əziyyəli-əzabıbaşlayıb, davam edir və qeyri-rəsmi məlumatlara görə hələ iki il də davam edəcək!

Təsəvür edin ki, qırx dərəcədən çox istidə küçələrdəkitozla nəfəsin kəsilə-kəsilə gəlib güc-bəla evə çatırsan, özünü vanna otağınaatırsan və... su yoxdu!!!

Yol daki, yetmişinci illərin kənd yollarını xatırladır. Çala- çuxurda, üstəgəl qırx dərəcəistidə " atılıb-düşən” avtobusda huşunu itirən kim, ürəktutmasından bayılan kim...avtobuslarda da kondisioner yox, qapını açıq qoymaq olmaz – "qayda-qanun var”!Maraqlıdır, bu qaydalar niyə kasıb camaat üçün də işləmir heç? Niyə yoluntikintisi işləri, özümüzə uyuşmasa da nümunə seçdiyimiz, Avropa qaydalarıylagecələr getmir? Niyə heç olmasa, bircə alternativ yol saxlanılmır ki, yolunbiri tikilib istifadəyə veriləndə o birinə keçilsin? Niyə yüksək çinli məmurlaralazım olanda Avropa qaydası, biz kasıblara gələndə cəngəllik qanunları işləyir?

Xırdalanınəsas yollarından əlavə məhəllə yolları, hər tin-döngədə yola bənzər hər nəvarsa sökülüb tikinti adına, amma tikintidən əsər-əlamət yoxdur. Payızda bu işlərbaşlayanda qadınların mətbuatı xəbər vermişdi ki, yaya qədər qurtarsalar böyükiş görmüş olarlar, inanmamışdıq. İndi də o "məlumat bürosu” bu "tikintinin” illərlədavam edəcəyini söyləyirlər. Vay Xirdalanda yaşayanların halına!

Zakir Fərəcovunquruculuq işlərindən sonra yenicə Xırdalan şəhərimizlə fəxr etmək istəyirdikki, gələnlərin yanında biabır olduq! Səhər öz təbii rəngində çıxıb, axşam evinəbomboz rəngdə dönən tozlu xırdalanlılar isə əllərini üzüb oturublar. Kimsəşikayət etmək, verilən bu cəhənnəm əzabını hansı günahımızla qazandığımızısoruşmaq ixtiyarında deyil. Xırdalanınküçələrində yuvası dağıdılmış arı kimi ordan-ora soxulan avtobusların sürücüləri bəzən dayanacaqdan çox uzaqda saxlayıb elanedirlər ki, burdan o tərəfə gedə bilmərəm, kim filan yerdə düşmək istəyirsə,burda ensin. Kor-peşiman avtobusdan enirsən və bu istidə get görüm necə gedirsənmənzil başına!

Rayondan- Lələtəpədən gələn qonağımızın təəccübdən gözləri bərələ qalmışdı. Lələtəpəyəçəkilən asfalt yoldan ağız dolusu bəhs etdikcə bunu necə izah edəcəyimibilmirdim.

Nətikdiklərini, niyə tikdiklərini tam bilməyən fəhlələri kənardan seyr edəndə budəhşətli istidən sonra onların evdəki halını düşündükcə yazığım gəlir.Cavabdehlərin, səlahiyyətlilərin heçmi insafı qalmayıb? Günvurma xəstəliyinigözardına alıb ailəsinə bir parça çörək apara bilmək üçün çalışmağa məcbur olanbu insanların heç bir qiyməti yoxdumu sizin üçün? Sitayiş etdiyiniz, hər istəyində(maaş, pensiya artırma, işsizlikproblemi... ), tələbində kasıba sitat gətirdiyiniz Avropa standartlarında bu,yumşaq desəm, vicdansızlıq varmı? Sizin üçün heç bir dəyəri olmayan bu insanlarbir evin dirəyi, ümididir axı!

Yuxarıdanvertolyotla baxılsa, Xırdalan faydalı qazıntı alanına bənzəyər, təbii hündürmərtəbəlievləri nəzərə almasaq. Avtomobillərin sıradan çıxan hissələrini, gərəyindənqat-qat artıq sərf edilən yanacağı nəzərə almayıb, yalnız insan amilini - əsəb,gərginlik keçirən, ürək, şəkər, panik-atak, astma və sair xəstəliyi olaninsanları düşünsək, bu tikinti adına bəlanın nə qədər sürəcəyini gözləyənxırdalanlıların halına acıyarsınız.

Deyirəmbəlkə Abşeron rayon rəhbərliyi bizi düşünüb - bu qədər günah içində olaninsanları gedəcəkləri yerə alışdırır – Cəhənnəm havasına?


TƏQVİM / ARXİV