“Milan” avrokuboklara buraxıldı
"Milan” yeni mövsümdə avrokuboklarda iştirak edə biləcək.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, İdman Arbitraj Məhkəmsi (CAS) maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən kluba verilən cəzanı ləğv edib.
"La Reppublica” nəşrinin iddiasına görə, "Milan”ın vəkilləri CAS-dan "İnter”, "Mançester Siti” və PSJ klublarının maliyyə-feyr pley qaydalarının tətbiqinə diqqət yetirməsini xahiş edib. Məhz bundan sonra məhkəmə İtaliya təmsilçisinin apellyasiya şikayətini təmin edib.
Qeyd edək ki, UEFA "Milan”ı 2 il müddətinə avrokuboklardan kənarlaşdırmışdı.