adalet.az header logo
  • Bakı 7°C
20 Iyul 2018 14:53
8062
GÜNDƏM
A- A+

Azərbaycan tankçıları Moskvaya yola düşüb

"Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək "Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.