Xiyar turşusu ilə qadın tovlayan Nazım Hikmət - Veranın xatirələri

EMİNQUEY AKİF
100301 | 2021-04-06 10:00

Bu gün 117 yaşında olan Nazım Hikmətin sonuncu baharı Vera Tulyakova "Bəxtiyar ol, Nazım” kitabında Nazım Hikmətlə yaşadığı bütün acılı-şirinli xatirələrini tək-tək oxuculara danışır. Bu kitabdan seçdiyim xatirələr Nazım Hikməti sizə daha da yaxşı tanıdacaq.

 

Bir tortun aqibəti

Moskvadakı evlərində dostlarla yemək yeyirmişlər və qonaqlıq sonrası masada qalan tortla bağlı Nazımın dedikləri və tortun aqibəti haqqında Vera bunları xatırlayır:

"Bu tortu bu dəqiqə soyuducuya qoy, gözüm görməsin. Yoxsa, indi ac qarışqa kimi torta daraşa bilərəm və o da, mən də məhv ola bilərik. Kökəlməməliyəm. Mənim üçün bu ölüm deməkdir. Səhər soyuducuya baxanda orada bir dilim tort belə qalmazdı. Gecə yarı oyanıb, elə ordaca, soyuducunun önündə oğru kimi haqqlamışdı qurbanını. Özü də bıçaq-çəngəlsiz. Yan-yörəyə qırıntılar səpələnmiş, yerdəki müşəmbəyə isə krem bulaşmışdı.

 

Nazım Hikmət oxumaq qadağandır!

Ürəyinə saplanmış bir xəncər idi məmləkəti, dərdli millətinin şeirlərini oxuya bilməməyindən dəm vururdu Veraya.

Bir dəfə mənə belə dedi: "Bu yaxında şeirlərimin İslandca tərcümələrini göndərdilər... Təəccüblənəcək bir şey idi... Amma Türkiyədə məni oxumağa qadağa qoyublar. Onsuz da bu qadağa olmasaydı da, o şeriləri onlar üçün yazdıqlarım oxumayacaqdılar, çünki nə oxuya bilirlər, nə də yaza...

 

Nazımın tükənməyən sevgisi

Qahirədə Çex dostlarından birilə qarşılaşan Nazım yanında Vera ilə birlikdə bu dostun dalınca düşürlər. Məsələ yenə də şirindir, ancaq bu dəfə başqa bir şirinlik:

Nazım arxasında uşaqlığının bütün şirinliklərinin yatdığı şüşəli vitrinin qarşısında dayandı: Veracan, tut, saxla məni! İndi burada nə varsa, ala bilərəm! Elə ləzzətlidirlər ki! Hamısı da eynilər Türkiyədəki kimi! Bu paxlavaya bax, şərbəti necə axır. Ah, heç bir vaxt belə möhtəşəm bir şey yeməmisən. Ağzım sulandı. Çox gülünc görünürəm, bilirəm, amma əlimdən nə gəlir axı. Şərqin bütün bu xəzinəsini bir anda yeyib-bitimək istəyi öldürəcək məni!

Qahirəni tərk etməmişdən qabaq Nazim bu şirniyyatçıya bir dəfə də baş çəkdi və uzaq yerə aparmaq üçün bir qutu paxlava hazırlamağını xahiş etdi. Şərbətinin axmamağı üçün nə gərək idisə eləyib paxlavaları yığdılar qutuya. Nazım qutunu rəngli tutacağından tutub qaldırdı və bir dəbdəbəylə şirniyyatçının əlini sıxaraq bunu Moskvada yaşayan və həyatında heç vaxt paxlavanın dadını bilməyən müsəlman bir dostuna hədiiyyə edəcəyini dedi.

"Bəli, əlbəttə, hər yerdə müsəlman var, Moskvada da. Əlbəttə. Bəs, nə bilmişdiniz?”

Nazım təyyarədə qutunu dizlərində saxlayır və barmaqları ilə qutunun rəngli lentini açıb bağlayırdı.

- Bunu ver, yuxarı qoyum – dedim.

- Qoy, qalıb, yorulmuram – dedi Nazım.

Bir müddət Nilin səmalarında uçduq. Uşaqlığımızın "Mavi Nil”i təyyarədən tünd sarı rəngdə görünürdü. Gözlərimi çəkmədən baxırdım pəncərədən. Bir müddət sonra baxışlarımı Nazıma qaytardım. Qutunun bağını açmışdı, içindəki kağızı xışıldadırdı.

- Nə edirsən? – deyə heyrətlə soruşdum.

- Paxlavanın şərbəti axıb ya axmayıb deyə bir baxım – dedi.

Qutunun içinə baxdım, paxlavalardan biri qeybə çəkilmişdi.

- Amma bunu Əkbərə hədiyyə edəcəksən – deyə xatırlatdım ona.

- Paxlava çoxdu, canım. Düz, on parça. Hamısını birdən yeməyəcək ki. Uzun müddət də qalmaz, quruyar. Ləzzətini itirər, Kirovabad paxlavasından da pis olar – deyə cavabladı.

Qutunu yenidən bağladım, Nazım elə bil, bir az sakitləşdi.

- Yatmısan? deyə bir neçə dəfə soruşdu məndən.

Bir ara yuxuya getmişdim. Gözlərimi açıb Nazıma baxanda ağzı dolu idi, ovurdu şişmişdi. Qutuya baxdım, yırtılıb açılmışdı. Kağızları parça-parça olmuş, paxlava isə yarıdan da az qalmışdı.

- Nə edirsən, nazım? – dedim əsəblə. Hardasa yarısını yeyib bitirmisən paxlavanın!

- Bilmirəm, özümü saxlaya bilmədim. Necə baş verdiyinin fərqinə varmadan yemişəm. Bir az da qaldı, amma indi bunları yeyib qurtarmaq lazımdır. Bu qədər az paxlavanı Əkbərə vermək ayıb olar – deyib qalan paxlavaları da bir-birinin dalınca ağzına atdı.

- Aman Allah, indi Əkbərə nə deyəcəksən? deyə soruşdum. Çox pis olacaq.

- Canım, niyə pis olacaq axı? Ona paxlava aparacağımı bilmir ki.

Şeremetyevo hava limanında təyyarədən enəndə Əkbəri görən Nazım onu qucaqladı və belə dedi:

- Oy Baba, babanız sizə paxlava gətirdi. Qahirədən. Həqiqi paxlava!

Amma yolda özünü tuta bilməyib hamısını yedi.

 

Bir qadının qəlbini oğurlamaq

 

Nazım anidən Veraya vurulub və onun qəlbini oğurlamaq ən böyük arzusu idi, ona cürbəcür hədiyyələr almaqla tələ qururdu.

"Ertəsi gündən başlayaraq Nazım həmlələrə başlayır. Mənə hələ də gənc olduğunu sübut etməyə qərar vermişdi. Onu unutmağım qalsın bir yana, özündən bir dəqiqə belə qopub ayrı qalmağıma fürsət vermirdi. Gündə on dəfə zəng edirdi. Heç bir şey vecinə deyildi. İşdə olmağım, evli olmağım, onunla telefonda danışmağımın bəzən alınmadığı və çox vaxt imkansızlığı... Zəng vururdu. Ya özü gətirirdi, ya da sürücüsü ilə böyük tortlar, qutu-qutu şokoladlar, çiçəklər göndərirdi. Ki, mən ona qadın kimi diqqət göstərim. Artıq bir uşağa davranırmış kimi davranırdı mənə. Onun gözündə qadın olmuşdum artıq. Və Dümanın, Dostoyevskinin romanlarında qadınları necə bişirirdilərsə, p da məni elə bişirməyə çalışırdı.

Ancaq Nazım özü kimi qeyri-adi bir qadına aşiq olmuşdu. Vera şokoladlarla tovlanacaq qadın deyildi.

Yenə əlində çiçəklərlə Veranın yanına getdiyi bir gün Veranın dostu Rais ona məsləhət verdi.

Ki, əgər onun könlünü xoş etmək istəyirsinizsə xiyar turşusu, duzlu balıq kimi şeylər gətirin ona. Onda görəcəksiniz sizi necə sevəcək.

Və bu məsləhətdən sonra litrlərlə turşular Veranın masasına gəlməyə başladı, sonrası isə məlum məsələdir. Nazım turşuyla qəlb oğurlayan, qadın tovlayan ilk kişi kimi tarixə keçdi.

 

"Qız uşağı” şerinə yapon uşaqların təşəkkürü – kağızdan min dənə durna quşu

Nazımla son bazar səhərində ona qəhvə hazırlamışdı Vera. Nazım həsrət qaldığı məmləkətindən gələn qəhvəni elə həsrətlə də içmişdi. Vera sabah yaşayacağı fəlakətdən bixəbər idi. O son günlə bağlı bunları yazır Vera:

Qorxunc günün ərəfəsində, bazar günü birinci mən oyandım. Yanında yeməyə bir şey, bir də balaca bir fincan türk qəhvəsi gətirdim sənə. Qəhvəni içəndən sonra qalmadın. Qəzetlərin ortasında yatmağa davam elədin. Mən iş otağıma keçib sürətlə işləməyə başladım. Saat ikidə "Durnalar” adlı tamaşanı Mərkəzi Uşaq teatrına çatdırmağa söz vermişdim. Bu tamaşanı yazmağı səndən istəmişdilər, amma sən sonra mənim üstümə yıxmışdın və mən də çatdıra bilmirdim. Tamaşa Xirosima faciəsi üstündə qurulmuşdu. Bir ovuc külə dönən bapbalaca uşaqların qısa ömürlərinə və indi Xirosimalı uşaqların kağızdan düzəltdikləri durnalardan bəhs edirdi. Bu durnalardan min dənə düzəldilsə, ölən uşaqlardan biri diriləcəkdi. Sənin kiçik yapon qızının ağzından yazdığın şeiri çox oxumuşdum son zamanlar. Sənin məsləhətinlə tamaşada misralarından istifadə etmişdik. İkisi bir-birini mükəmməl tamamlayırdı.

Və sonra Veranın Nazımı ölür. Geridə Veranın sinəsində daşıdığı dağlanmış bir ürək qalır. Heç cür qəbul edə bilmədi bu ölümü. Nazımın xəyalı ilə danışdığı bir gündə, böyük bir qutu gəlir Veranın evinə. İçində də Nazımın ölümündən iyirmi gün sonra yazılmış bir məktub. O sevgi dolu qutunun içindən çıxan məktubda bunlar yazılıb:

"Balaca sarı barmaqların ustalıqla düzəltdiyi rəngbərəng kağız durnalardan bir çələng var qucağımda. Bir də məktub:

Unudulmaz insan Nazım Hikmət,

Xirosimalı kiçik qızların ərmağanını qəbul edin. Qarşınızda minnətdarlıq hissi və sayğı ilə baş əyirik, düzəltdiyimiz minlərlə durnanı cənazənizin önünə qoyuruq.

Dəyərli Nazım Hikmətə, ailəsinə və yaxın dostlarına, barış üçün savaşan Xirosimalı məktəbli uşaqlardan; Xirosima kağız durnaları dərnəyindən. 23 iyun, 1963.

 

Nazım Hikmət gəmisi

Nazım Himət vəfat etdəndən sonra Sovet Rusiyası tərəfindən tez-tez Çanaqqala və İstanbul boğazların girib-çıxan bir gəmiyə "Nazım Hikmət gəmisi” adı verildi. Ölüm-doğum günlərində və 8 mart qadınlar günü kimi xüsusi günlərdə Vera Tulyakovaya, gəmi kapitanı və ekipajının imzası olan bir başsağlığı və ya təbrik məktubu göndərilirdi.

 

 
 
Türkcədən çevirən: Emin Akif

TƏQVİM / ARXİV