Faiq Qismətoğlu: NURLU ADAM...

FAİQ QİSMƏTOĞLU
48906 | 2018-07-20 14:04

... İnsan yaşadolduqca onun əməlləri zaman-zaman çöhrəsinə, üzünə çıxır. Yaxşı insandırsa, oçöhrədə nur görünür. Əgər ömrü-günü pisliyə, şərə sərf olunubsa, o sifətdəancaq şeytani hisslər, duyğular görmək mümkündür. Və bir də insanda heç vaxtözbaşına nur yarana bilməz. O nuru insanlara Allah-Təala əməli saleh və savabişlərinə görə qismət eləyir. Haqqında söhbət açmaq istədiyim tanınmış vəistedadlı yazıçı-jurnalist Müzəffər Məlikməmmədov da məhz belə işıqlı və nurluziyalılardan sayıla bilər.

Mən bu fikri heçdə təsadüfən işlətmədim. Hardasa Müzəffər müəllimi ötən əsrin 70-ci illərindəntanıyıram. Onda Müzəffər Məlikməmmədov "Sovet kəndi" qəzetində şöbəmüdiri işləyirdi. Daha doğrusu, onunla məni istedadlı şair və əmim oğlu Vaqif Bəhmənlitanış eləmişdi. Bir gün Vaqif məndən soruşdu ki, SSRİ Jurnalistlər İttifaqınaniyə keçmirsən? Gəl, kömək eləyim o ittifaqın üzvü ol. Guya o ittifaqın üzvüolanlar səndən savadlı, istedadlı adamlardı? Məni götürüb getdi Müzəfər Məlikməmmdovunotağına. Dedi ki, Faiq qohumum olmasına baxmayaraq, yaxşı jurnalistdir. Ona birzəmanət yazarsan, ittifaqa keçəndə lazım olar. Həmin zəmanətin birini MüzəffətMəlikməmmdov yazdı, birini qəzetin şöbə müdiri Əkbər Rəhimov hazırladı, birinidə Vaqif Bəhmənli özü yazdı. Bir aydan sonra onların köməkliyi ilə məni SSRİJurnalistlər İttifaqına üzv qəbul elədilər. Və o vaxt da bu mötəbər quruma hərjurnalisti qəbul etmirdilər. Ən azından üç tanınmış jurnalist sənin barəndə zəmanətyazmalı idi. Bəlkə də Vaqif Bəhmənli olmasaydı, mən o zəmanəti çox çətinliklə əldəeləyə bilərdim.

Müzəffər Məlikməmmədovunmənim barəmdə yazdığı zəmanətin bir neçə cümləsi indiyə kimi yadımdadır:"Faiq Hüseynov çox istedadlı və savadlı bir oğlandır. Onun gələcəyinəinanıram və zəmanət verirəm ki, o, müəyyən zaman kəsiyindən sonra bizim etimadımızı doğruldacaq, böyük mətuatda özsözünü deyəcək". Hələ mən onda Faiq Hüseynov imzasıyla yazılar qələməalırdım və imzam da bir o qədər populyar, tanınmış deyildi. Məni Faiq Qismətoğlueləyən Aqil Abbas oldu, mənə böyük meydan verdi və bu 28 ildə Azərbaycanoxucusuna tanıtdırdı. Mətbuatda nə uğur qazanmışamsa, buna görə böyük istedadsahibləri Aqil Abbasa, Vaqif Bəhmənliyə, Müzəffər Məlikməmmədova, Əkbər Rəhimova...minnətdaram. Minntədarlığa qalsa çoxlarının mənim boynumda halal haqqı var.Adlarını yazsam uzun bir siyahıya alınar. Çünki bu yazı mənim haqqımda deyil, qələminə,özünə və şəxsiyyətinə böyük hörmət elədiyim Müzəffər Məlikməmmədov barəsindədi.O Müzəffər Məlikməmmədov ki, mənim kimionlarla gənc jurnalistə düz yol göstərib, arxa durub. 

Bir neçə günbundan əvvəl onun çalışdığı "Samur" qəzeti redaksiyasına getmişdim.Qapını açanda gördüm ki, otaqda yoxdu. Və bu vaxt qəzetin baş redaktoru Sədaqətxanımla görüşdüm. O Sədaqət xanım ki, Azərbaycan jurnalistikasının barmaqlasayılan istedadlı yazarlarındandır. Çünki sözün açığı, bu gün mətbuatımızda bucür xanım yazarlar çox azdır. Onlar zamanındaöz istedadları, peşəkarlıqları, savadları və əxlaqi dəyərlərilə Azərbaycanjurnalistikasında böyük iz qoyublar vənümunə göstəriliblər. Mən həmişə Sədaqət Kərimovaya çox böyük hörmət bəsləmişəm.Ən azından ona görə ki, o bizim fakültənin məzunudu, çalışdığı 50 ilə yaxınmüddətdə bu peşənin, bu sənətin şərəfini qoruyub saxlayıb. Eşq olsun belənamuslu, istedadlı və şərəfli xanım jurnalistə!

Sədaqət xanımlasöhbət zamanı yazacağım yazının sərlövhəsini dedim. Çox xoşuna gəldi. Elə üstəlikdə bu yazını yazamağa mənə Sədaqət Kərimova məsləhət bilmişdi. Bir neçə gün əvvəlMüzəfər müəllimin yanında olanda dedi ki, xəbərin var, iyul ayının 25-də Müzəffərmüəllimin 70 yaşı tamam olur. Bəlkə siz də bir neçə kəlmə söz deyəsiniz. Onsuzda mənim ürəyimdə nə vaxtdan idi ki, Müzəffər Məlikməmmədov ilə bağlı bir yazıdolaşırdı. Ancaq o yazı hələ yetişməmişdi. İstetadlı jurnalist Sədaqət xanımınfikirlərindən sonra bu yazı yarandı və gəlib bilgisayara ürəyim istədiyiformada yekunlaşdırdım.

Bayaqmən nurlu adam dedim. Çox vaxt elə fikirləşirəm ki, bu nur Müzəffər müəlliməhardandır? Yəqin həcc ziyarətində olub, ordan yaranıb. Amma insan var ki, bir əməliişi elə həcc ziyarətinə dəyər. Məsələn, Müzəffər müəllim "Hacı Davud"əsərini qələmə almaqla elə həccə getmiş sayılar. Çünki bu xalq qəhrəmanı uzunmüddət xalq düşməni kimi tarixdə qalıb. Çünki o, rus və fars imperiyasına qarşıöz xalqının azadlığı yolunda mübarizə aparıb. Bu kitabı araya-ərsəyə gətirməküçün Müzəffər Məlikməmmədov 27 il arxivlərdə işləyib, 764 mənbədən 840 arxiv sənədindənistifadə eləyib. O qədər məzmunsuz, mənasız tarixi kitablar işıq üzü görüb. Vəbu tarixi kitablara görə, kimlərsə tarix elmləri namizədi, tarix elmlər doktoruadı alıb. Müzəffər müəllimin bu kitabı ən yüksək elmi ada layiqdir. Orda həmbir xalqın tarixi var, həm onun mədəniyyəti əks olunub, həm də qəhrəmanlıqsalnaməsi qələmə alınıb. O kitabdan, bu kitabdan köçürülüb elmi dərəcə alan alimlərin kitabları vallah,bir müddətdən sonra heç bir qəpiyə də dəymir.

MüzəffərMəlikməmmədovun indiyə kimi 15-dən çox kitabı işıq üzü görüb. Bu kitabınsiyahısına "İgid ömrü", "Gecə işığı", "Xaçmaz zəfərgözləyir", "Polkovnikin andı", "Qanlı dərə" kitabları əlavəedilə bilər. Hər bir kitab Müzəffər müəllimin yuxusuz gecələrinin, alın tərinin,narahat günlərinin bəhrəsidir. Və hər bir kitabı araya-ərsəyə gətirənə qədər o,ömrünü bu yolda şam kimi əridib. Şam kimi əridib, qaranlıqların üstünə əbədisönməz bir işıq salıb...

MüzəffərMəlikməmmədovun ömür yolundan: "Müzəffər Nizami oğlu Məlikməmmədov 1948-ciil iyul ayının 25-də Quba rayonunun Digah kəndində müəllim ailəsində anadanolub. 1970-ci ildə Leninqrad Hərbi Müxbirlər məktəbini, 1975-ci ildə isə AzərbaycanDövlət Universitetinin (BDU) jurnalistika fakültəsini fərqlənmə diplomu iləbitirib. Müxtəlif dövrlərdə "Qızıl Qusar", "Sovetskiymoryak" "Sovet kəndi", "Həyat", "Bərəkət","Alpan" qəzetlərində müxbir, baş müxbir, şöbə müdiri, redaktormüavini, redaktor vəzifələrində çalışıb. Hazırda "Samur" qəzetiredaksiyasında baş redaktorun müavinidir. SSRİ dövründə 70-dən çox mətbu orqanıilə əməkdaşlıq edib, son 45 il ərzində mətbuatda postsovet məkanında yaşayan xalqların 24 dilində 800-dək məqalələri, oçerkləri,esseləri, reportajları, korrespondesiyaları, felyetonları, zarisovkaları, reydlərivə informasiyaları dərc olunub. Jurnalistika sahəsində qazandığı uğurlara görəo, SSRİ dövründə "Əməkdə fərqlənməyə görə" və "Əmək igidliyinəgörə" medallarına, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm"mükafatına, SSRİ və Azərbaycan SSRİ Xalq nəzarəti Komitələrinin, AzərbaycanRespublikasının Mətbuat və İnformasiya Nazirliyinin və digər nazirliklərin FəxriFərmanlarına layiq görülüb.

Bucür istedadlı və peşəkar jurnalistin bu yaxınlarda, yəni konkret olaraq iyulayının 25-də 70 yaşı tamam olur. Müzəffər Məlikməmmədov bu 70 yaşı çox şərəflə,namusla, qürurla yaşayıb. Və Allah-Təaladan ona verilən ən böyük bir mükafatvar: çöhrəsindəki nur! Allah-Təala hər adama, hər insana bu nuru vermir. Hər dəfəonunla görüşəndə o çöhrəyə baxıram, o nuru hiss edirəm və düşünürəm ki, MüzəffərMəlikməmmədov elə dünyanın ən varlı adamıdır.

PaşaQəlbinurun bir şeirini oxumuşam, təəssüf ki, şeir əzbər yadımda qalmayıb. Məzmunubundan ibarətdir ki, Paşa Qəlbinur çox qürurla və sevinclə bildirir: bir gün mənölsəm, kəfən tapmasanız məni abrıma büküb dənf edərsiniz. Çox möhtəşəm vəunikal bir poetik deyim!

İndikizamanda abrını, həyasını, ismətini qoruyub saxlamaq hər insana qismət olmur.Bax, mən deyərdim ki, Müzəffər Məlikməmmədov da öz abrını, tərbiyəsini,qürurunu qoruyub saxlamış nurlu kişilərdən biridir. 70 yaşın mübarək olsun, Nurlu Kişi!!!


TƏQVİM / ARXİV