adalet.az header logo
  • Bakı 7°C
20 Iyul 2018 13:48
13542
MƏMLƏKƏT
A- A+

Bakı sakinləri səyahət üçün Türkiyəni seçir

Bakı sakinləri ən çox Türkiyəyə səyahət etmək istəyir. Belə ki, sorğuda iştirak etmiş paytaxt əhlinin təqribən dörddə biri (23 %) Kiçik Asiya dövlətinə səfər etmək istədiyini bildirib.

Digər ölkələrə maraq yetəri qədər azdır. Şimal qonşumuz Rusiyanı gəzmək istəyənlər 7 %-dir. Avropa ölkələrindən İtaliya (7 %), Fransa (7 %), Almaniya (6 %), İspaniya (3 %), Birləşmiş Krallıq (3 %), İsveçrə (2 %) və Norveç (2 %) səyahətsevərlərin diqqətindədir.

Qərb yarımkürəsindən ABŞ (6 %) və Kanada da (2 %) Bakı gəzəyənlərinin siyahısında yer alıb.

İsti və quraq iqlim bəyənənlər gəzmək üçün cənub ölkələrini seçib. Səhrasevənlər əsasən Səudiyyə Ərəbistanı (4 %), Misir (2 %), BƏƏ (2 %) gəzmək istədiklərini bildiriblər.

Gəzib dolaşmaq istədiyi ölkənin adını çəkməkdə əziyyət çəkənlər sorğuda 4 % səs toplayıb.

7 % respondent isə ümumiyyətlə səyahət etməyi sevmədiyini açıqlayıb.