“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ
"Səba”şirkəti istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq yayıb.
Şirkət bu məhsulların satışa çıxarılmaması və piştaxtalara qoyulmaması barədə marketlərə xəbərdarlıq edib."İstehlakçılardan xahiş edirik ki, marketlərdəəmtəə görünüşü korlanmış dondurulmuş toyuq əti məhsuluna rast gəldikdə şirkətin satış departamentinə +994512502300 nömrəli telefona zəng vursunlar” - "Səba” şirkətindən belə bildiriblər.
"Qida təhlükəsizliyi zəncirinin bütün halqalarında sağlamlığı qoruyan bir şirkət kimi, bizdən asılı olmayan səbəbdən baş vermiş bu halın müştərilərimizə "Səba” məhsulları qıtlığı yaşatmasına imkan verməyəcəyik.Yığılan məhsulların tez bir zamanda yeniləri ilə əvəzlənməsinə çalışacağıq.Şirkətə dəyən ziyana gəldikdə isə, heç bir maddi zərər bizim müştərilərimizin sağlamlığından əhəmiyyətli ola bilməz – "Səba”da bu fikirdədirlər.