adalet.az header logo
  • Bakı 7°C
20 Iyul 2018 10:40
11970
DÜNYA
A- A+

Adnan Oktar qardaşı qızlarına təcavüz edib, anasını isə... - SENSASİYALI FAKT

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktarın anası və ailəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

Adalet.az xəbər verir ki, təşkilata üzv olanları ailələrindən ayırsa da A.Oktar anasına son dərəcə bağlı biridir.

Təşkilat daxilində anasına "Mehdi anası" kimi hörmət edilir. A.Oktar təşkilata üzv olanları ailələrindən ayırır, hətta onlara ailələri önəmsəməyi Allaha şirk qoşmaq kimi mənimsədir.

Ancaq öz anası təşkilatın bütün imkanlarından yararlanır, bayramlarda bütün təşkilat üzvləri anası ilə bayramlaşmağa gedir. A.Oktarın anasının mediada ilk görüntüləri 1999-cu ildə onu həbsxanada ziyarət etməsi zamanı olub.

Məlumata görə, çox sərt və aqressiv qadındır. Oğluna qarşı da çox sərt olub. Hazırda anası Draqosda yaşayır və təxminən yaşı 90-dan çoxdur. Yataq xəstəsidir və ona təşkilatdakı "bacılar" qulluq edir.

A.Oktarın Türkiyənin Hatay bölgəsində yaşayan bir həkim qardaşı var. İlk illər o, A.Oktarın fikirlərini bölüşüb, lakin mehdilik iddiasından tam uzaqdır. Bundan başqa, bildirilir ki, onun iki qızı var və İstanbulda yaşayır. Onlar da A.Oktarın cinsi istismarına məruz qalıb. (publika.az)