adalet.az header logo
  • Bakı 7°C
20 Iyul 2018 10:31
4215
HADİSƏ
A- A+

Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Adalet.az  Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində "QazEL" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralıların əksəriyyəti qadınlardır.

Faktla bağlı araşdırmalara başlanılıb.