adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyul 2018 10:09
15379
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: CÜMƏ GÜNÜNÜN ŞEİRİ

Özümü Məcnun bilirdim-
bitməyən dərdə dözümdə...
Bir Şair gözümdə öldü-
bir sevən isə özümdə!..

Qətliam oldu içimdə-
nə dodaq bildi, nədə dil..
Gələ bilmədin üçümdə-
Bunu da bağışladım,bil!

Sadəcə yaddaşı yandır-
tüstüsünə fatihə ver...
Gətirmədi bəxtim,andır-
Tikanlıdı yatdığım yer!..