adalet.az header logo
  • Bakı 11°C
20 Iyul 2018 09:52
8525
İDMAN
A- A+

Məşhur idmançını kimlər öldürüb?

Ötən gün günorta saatlarında, Qazaxıstanın Almatı şəhərindəki küçələrdən birində Soçi-2014 Qış Olimpiya Oyunlarının bürünc mükafatçısı Denis Ten quldurluq edən cinayətkarlar tərəfindən qətlə yetirilib.

Modern.azxəbər verir ki, naməlum cinayətkarlar şəhərin mərkəzində yol kənarında daynan "Lexus” maşınının güzgülərini və şüşəsini çıxarıb aparmaq istəyərkən, Denis hadisə yerinə çatıb, onlarla əlbəyaxa olub. Cinayətkarlar bıçaqla ona iki zərbə yetirərək, yaxınlıqdakı kolluğa atıblar. Yoldan keçən şəhər sakinləri təcili yardım maşını çağırıblar, xəstəxanaya çatdırılan Denis yol boyu 3 litr qan itirib. Bir neçə saat ərzində Denisin həyatını xilas etmək istəsələr də, cəhdlər boşa çıxıb.


Qazaxıstan prezidneti Nursultan Nazarbayev Denis Tenin faciəli şəkildə həlak olmasından sonra, başsağlığı verib: "Denis bacarıqlı idmançı olmaqla yanaşı, həm də istedadlı , yaradıcı bir gənc idi. Onu dünyanın bir çox ölkələrində tanıyırdılar, o vətənpərvər bir qazaxıstanlı idi. Denisin işıqlı xatirəsi qəlbimizdə yaşayacaq”.

Günün günorta çağı, gediş-gəlişin çox olduğu mərkəzi küçədə Denis Tenə hücum edib, onu öldürən quldurların axtarışı davam etdirilir.

Denisin ölümündən sonra sosial şəbəkələrdə Qazaxıstan Daxili İşlər Nazirliyini və naziri istefaya çağıran şüarlar səslənir.

İstintaq işini Qazaxıstanın baş prokuroru Kayrat Kojamjarov şəxsən öznəzarətinə götürüb. Fiqurlu konkisürənin qətlində şübhəli bilinən iki nəfərin şəxsiyyətini müəyyənləşdiriblər.

Şübhəli bilinən 1 nəfərsaxlanılıb və müvəqqəti saxlanma təcridxanasına aparılıb. İkinci şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.