adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyul 2018 23:28
23985
ƏDƏBİYYAT
A- A+

MAYORUN İŞ GÜNLƏRİ

Povestdən bir parça
Əlisəfa Azayev
(əvvəli ötən saylarımızda)
YADPLANETLİ
(XII fəsil)

MAYORUN İŞ GÜNLƏRİ
Povest

Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mayorun iş günləri” po¬ves-tində polis işçilərinin cinayətkarlığa qarşı mübarizə fəaliy¬yətin¬dən bəhs edilir.
Povestdə polis sahə müvəkkili Bəşir öz fəaliyyəti ilə maraq doğurur, polis şərəfini qorumağa çalışır, andına sadiqdir. Çoxları bu səbəbdən onu özünə yaxın, doğma bilir.
Oxucu bir daha əmin olur ki, açılmayan cinayət işi yoxdur. Yersiz hərəkətlər bağışlanmır. Bir sözlə "oğurluq həmişə əlcəklə başlayıb qandalla qurtarır”.
NAMUSLU VƏD
(I fəsil)

Münaqişəli günlərin birində bir neçə erməni tutub gətirmişdilər. Onda Əkbər könüllü özünü müdafiə dəstəsinin tərkibində idi. Birdən qulağına inilti bir səs dəydi... Səs ona tanış gəldi. Yaxınlaşanda sözə baxmayan əsirlərdən birini gördü. Bu, bir başqası yox, vaxtilə onun evinin tikintisi ilə məşğul olmuş, sonra da dostlaşdıqları Xoren idi. Onu görcək şillə-qapazdan canı qurtardı, sevincdən gözləri güldü. Dilləndi:
–Akpercan, salam... Görürsan də, manim bir taqsırım yox... Azişdirirlar...
Münsibliyim bildirib onunla görüşməsə də, bir azdan Xorenin canını bu hiddətli insanların əlindən qurtarıb, onu dağlara tərəf apardı. Yol boyu Xoren razılıq edə-edə deyirdi:
–Ara, mana bu münaqişa, mühariba na lazım?... Kişi kimi yaşayırıq da. Aziz xalaf qonşular idik...
–Hə də... Düz deyirsən.
Yol boyu xeyli dərdləşsələr də, belə vədələşdilər ki, bir daha bu yersiz münaqişəyə qoşulmayacaq, müharibədə iştirak etməyəcəklər. Hətta bir-birlərini qucaqlayıb, əllərini sıxdılar, namuslarına and içdilər.
Ancaq həmin vaxtdan bir müddət keçmişdi, Əkbərə çatdırdılar ki, Xoreni yenə də əli silahlı cəbhədə görüblər. Bu gözlənilməz xəbər kişini lə sarsıtdı ki, özünü saxlaya bilməyib, onun ünvanına o ki var deyib-danışdı, söyləndi:
–Alçağın bir hərəkətinə bax da... –Sonra isə nə düşündüsə əlavə etdi: –Bəlkə o deyilmiş... O mənə kişi kimi söz – namuslu vəd verdi axı...
Bu xəbəri gətirən həmkəndisi Seymur gülümsədi:
–A kişi, özünə xaşın getməsin, erməni də namuslu vəd hardadı ki, verdiyi sözün üstündə dura?
–Yox belə ola bilməz... Belə isə o mənə cavab verməlidir. Həmin axşam dəliqanlı gənclər onu it tək gəbərdəcəklər... Onla-bunla danışılıb, var-yoxundan keçib, onu azad elədim... Yaxşı deyildi axı, kişi ilə çörək kəsmişdim. İndi bunun naxələfliyinə bax da...
Əkbər çox ciddi adam olduğu üçün hamını özü kimi bilirdi. Hirsindən o gecə yata bilmədi. Elə səhər, sonrakı günlər də fikirli halda gəzib-dolandı. Soruşduğu adamlar da Seymurun dediklərini təkrar edirdilər:
–Hə... O əclafı yenə də cəbhə xəttində gördük... Özü də silahlı-avtomatla idi...
–Bəlkə yanlış başa düşmürsünüz, o deyilmiş?
–Usta Xoreni tanımırıq. Köstəbək tək törə bir adamdı da.
–Saqqallı idi...
–Yamanca kefli idi... Mahnı oxuyurdu... Arada da it tək vəkkildəyir, deyirdi ki, Qarabağ bizimdi...
Kişi qeyzləndi:
–Yalansa de, atana lənət!
–Nə deyək, deyir də... Sən də ona inandın, dedin ki qaçdı...
Bəli, əslində belə olmamışdı. Xoren qaçmamış, onu Əkbər özü yola salmışdı. Bu barədə kimsənin yanında danışmasa da, hər şeyi başa düşmüşdülər... İndi bu səbbədən çox ağrınır, əzab çəkirdi:
–Axı bu əclaf mənə söz verdi ki, bir daha əlinə silah almayacaq.
–Ay almada ha...
–Alacaq, kimə pislik edəcək ki... Özünə...
O gündən sonra Əkbər xəcalətindən camaat içinə çıxa, xeyir-şər məclislərinə gedə bilmirdi. Gedəndə də onu sancır, xoşagəlməz sözlər deyərdilər:
–Hamısını edən sapı özümüzdən olan baltaladı.
–Erməni şeyi şirindi axı...
–Beləsi üçün Vətənin, torpağın düşmən tapdağı altında olması az fərq edər.
–Xoren də üzə çıxıb da...
–Axı o namuslu vəd vermişdi.
–Çətin... Yenə silahlı, cəbhədə görüblər.
Əkbər nə qədər çalışsa da Xorenlə telefon əlaqəsi saxlaya bilmədi. Əlacsız qalıb Moskvaya, Tiflisə gedən adamlardan ona məktub göndərəsi oldu. Bu məktublarda dişinin dibindən çıxanı yazmışdı ona: "Ay səni çörək tutmasın... Biz çörək kəsmişdik axı. O çörəyə qurban edib səni ölümdən qurtardım. İndi məni niyə belə xəcalətli, başıaşağı etmisən?! Axı sən and içdin, namuslu vəd verdin ki, mənə bir daha bu münaqişəyə, müharibəyə qoşulmayacaqsan?!”
Orenin bu etibarsızlığı Əkbərə elə yer eləmişdi ki, heç cür özünə gələ bilmirdi. Bu səbəbdən yuxusu, iştahası pozulmuşdu. Nə doyunca yata, nə də yeyib-içə bilirdi. Günü-gündən saralıb-solmaqda, arıqlamaqda idi. Arvadı Bəyim hey onu töhmətləyirdi:
–İş tapmırsan da. Gör kimdən etibar gözləyir... Xorendən... Ermənidə sədaqət, etibar olsaydı torpaqlarımıza hücum etməzdilər. Sən də onun sözünə aldanıb silahı qoydun da yerə?!
–Yaxşı, kiri...
–Düzünü deyirəm də...
–Məni hirsləndirmə... Durub əngərləyərəm səni.
–Hə... Bunu bacararsan.
Elə həmin axşam evlərinə sahə müvəkkili gəldi. Deməsinə görə təhlükəsizlik idarəsindən idi. Ərini xeyli söhbətə tutandan sonra soruşdu:
–Xorenin dostu sizsiz?
–Belə demək mümkünsə, –hə...
–Onunla telefon söhbətin baş tutdumu?
–...
–Hansı məsələlərdən danışdınız?
Kişi səhvini başa düşüb, kövrək bi səslə dilləndi:
–Hirsli olmuşam... Ağlım başımdan çıxmışdı...Axı o əclaf köpəkoğlu mənə söz vermişdi ki, bir daha əlinə silah alıb bu münaqişədə, müharibədə iştirak etməyəcək?
–Çoxdan bir-birinizi tanıyırdınız?
–Hə... Bu evi də o tikib... Kərpic, taxta işlərini də... Elə üstünü də o vurub.
Təhlükəsizlik müfəttişi ciddi halda dilləndi:
–Bəli, bunlar vaxtında ola bilərdi... İndi isə münaqişə, müharibə hələyekunlaşmayıb. Siz isə düşmənlə sövdələşməyə girir, onunla şərt kəsirsiniz?! Bu, bağışlanmaz bir hərəkətdi...
Əkbər yerində sanki yaralı bir adam kimi qovruldu, inildədi:
–Onu düz deyirsiniz... Səhvimdi... Ancaq mən də onu adam bilmişdim də... Qardaş tək inanırdım ona. O əclaf belə etməməkli idi. Özüm də hərəkətlərimə görə xəcalət çəkirəm... O gün onun asinin suyunu verəcəkdilər. Qızmış əsgərlərin əlindən güclə aldım. Bu da axırı, nəticəsi... Deyirlər ki, yenə də onu cəbhədə, səngərdə silahlı görüblər...
–Siz isə hər şeydən üz döndərmisiniz.... Cəbhəyə getmirsiniz...
–Xəstəyəm...
–Yox, de ki... Namuslu vədinə əməl edirsən... Bu isə indiki halda bağışlanmaz bir hərəkətdi. Məktubları kimlərlə göndərmisən?!
Əkbər bu sözlərdən lap çaş qaldı. Özünü bilməməzliyə vurmaq istədi:
–Nə məktub?!
–Xorenə göndərdiyin...
–Bunu kim deyib?
–Yerin də qulağı var.
Bir azdan tutulub qaldı, lap uşaq kimi kövrəldi:
–İstəyirsiz məni lap mühakimə edin, cəzalandırın... Mən o məktubları başqa mənada yox, elə onun alçaqlığına, sözünə əməl etməməsinə görə yazmışam... Axı o mənə namuslu vəd vermişdi ki, bir daha əlinə silah alıb o quldurlara qoşulmayacaq...
Müfəttiş təəssüf içində başını bulayaraq dilləndi:
–Gördük elə... Qoşulmadı...
–Qoşulub... Cəzasını da alar... Mənə andınız yoxdur, onu yerin altında da olsa axtarıb tapacağam... Kişi kişiyə söz verəndə ona əməl edər...
Təhlükəsizlik müfəttişi getsə də, kişi hələ də özünə gəlməmişdi. Arvadı içəri girib ağlar bir səslə dilləndi:
–Ay evin yıxılmasın, bu nə hərəkətlərdi sən etmisən?! İndi də erməniyə telefon açar, ona məktub yazarlar?! Bu axıdılan qanlardan, şəhidlərdən, onların ailələrindən utanmırsan?! Bu ağır faciələrə kim dözər? Elə sənin azmıdı şəhid olanın, yaralananın?!..
Əkbər bir müddət sonra özünə gəlib, ayaq üstə dursa da, qarşılaşdığı adamlarla bu barədə söhbət edir, deyirdi:
–İndi görərsiniz... Mənə də Əkbər deyərlər... O bicin doğduğu Xoreni tapıb dərsini verməsəm atamın oğlu deyiləm. Qanına qəltan edəcəyəm onun...
Bəzən belə hallarda Əkbər üzünü uca dağlara, sal qayalara tutub səslənərdi:
–Ey!... Alçaq oğlu Xoren, haradasan?! Bir dillən, mənə cavab ver!.. Axı mən səni yaşatdım, azad elədim!.. Öldürülməyinə imkan vermədim! Sən də kişi tək mənə namuslu vəd verdin!... Dedin ki, bir daha əlinə silah almayacaq, cəbhəyə gəlməyəcək, bu tərəflərə ayaq basmayacaqsan?! Bəs hara getdi sənin bu namuslu vədin?! Deyirlər ki, bu xəbəri Xoren çox məyusluqla dinləyib. Hətta əlindəki silahı tullayıb, cəbhədən getmək istəyəndə, onu o ki var çırpıb, əzişdiriblər. Üz-gözü əzilmiş, səfil günündə gəzib-dolaşan Xorenə dostunun narahatçılığı çox pis təsir edibmiş. Hətta arada onunla telefonla danışmaq istəsə də, söhbətləri baş tutmamış, xəttdə nasazlıq varıymış. Yazıq Xoren gözləri dolmuş halda ilan-qurbağaya oxşayan xətti ilə ona məktub da yazmışdı: "Azizim Akpercan, har deyilana inanma... İndi insanlar çox pis olublar. Sandan da mana qalib elə sozlar deyirlar ki, adam heç inanmaq istamir. Karabağ demirsiniz, qoy sizin olsun. Ancaq, san manim canım, bu muharibanı qurtarın. Daha qırıldıq, ölürüq, son nafasdayıq”...
Əlbəttə, məktub ünvanına çatmamışdı. Onsuzda hamı bilirdi ki, qonşu ölkədəhəyat şəraiti çox aşağıdı. İnsanlar ehtiyac içində yaşayırlar. Bir gün televiziyada belə bir mənzərə göstərəndə Əkbər lap gileyləndi:
–Ə, utanım da... Müharibə aparmaq sizə yaraşmır axı. Rus qoşunu aradan çıxandan sonra nə edəcəksiniz?!
Badam ərini qınadı:
–Sağ olsun sənin kimilər... Xorenin dostları... Nefti, benzini, yayı ötürmürlər, bunu da yoluna qoyarlar...
–Sən az danış...
–Elə dinmirik, danışmırıq ki, bu işlər düzəlmir də.
–Arvad, sus!
–Elə yaxşı deyirlər...
–Nəyi?!
–Kişidi bu...
Əlacsız qalan kişi hirsli əlini ora-bura atdı. Stəkan-nəlbəkidən başqa əlinə heç nə gəlmədi. Ona tərəf tolarladı ha. O ki var qab-qacaq sındırsa da, hirsi soyumurdu.
Əlində çomaq tutmuş halda lap sərhəd zonasına gəldi. Üzünü o sərt qayalıqlara tutaraq hündürdən səsləndi:
–Ə, Xoren!... A bicin doğduğu! Sən mənə söz – namuslu vəd vermişdin axı!... Niyə sözünə, vədinə əməl eləmədin?!.
–...
–Mənə də Məşədi oğlu Əkbər deyərlər! İnan ki, lap dünyanın o başında olsan da səni axtarıb tapacağam!... A vicdansız, qeyrətsiz!... O gün səni öldürmək, doğramaq istəyirdilər! Pislik etdim sənə açıb buraxdım?!...
–...
–Axı, mən də insanam! Niyə məni başa düşmürsən, camaat içinə də çıxa bilmirəm!... Öldürümmü özümü!...
Deyirlər ki, bu sözləri eşidən Xoren əvvəl xəcalətindən gözləri dolmuş halda susub qalıb, bir söz deyə bilməyib. Sonradan vicdanı oyanan kimi olub, təsirlənərək dillənib:
–Akbercan!... Sana qurban olum, oldurma, halak etma özunu!.. Man cabhaya gəlməmişəm... Buralarda ela-bela fırlanıram, dovşan ovlayıram... Namuslu vad... Albatta ki, biz kişiyik, sozumuza kişi kimi də amal etmaliyik! Qurban olum sana, özundan muğayat ol! Har deyilana inanma!...

ÖLÜM RƏQSİ
(II fəsil)

Ağacavad müəllim qonşu kəndə toya dəvət olunmuşdu. Toy sahibləri də bir başqaları deyildi. Həyat yoldaşına münasib adamlar idi. Di gəl ki, bu kənd öz qəribəlikləri ilə nəinki həmin rayonda, bölgədə seçilirdi. Ona görə də yola düşməmişdən əvvəl arvad ona dedi:
–Kişi, sən söz-söhbətində hərdən baş alıb gedənsən ha. Sən Allah arada bir az ehtiyatlı ol. Toyda da "Ölüm rəqsi” çaldırmırlar, çaldırsınlar da, öz işləridi.
–Bəyəm özbaşınadılar?!
–Nə edək. Əvvəldən onların xamiri belə yoğrulub da.
Ağacavad müəllim tarixçi olsa da, söz-söhbətində həmişə əxlaqı dəyərlərimizə çox ciddi fikir verərdi. Hətta yadında idi, bir dəfə Özbəkistandan gəlmiş bir mesxeti türkü gileyləndi ki, köçüb Türkiyəyə getmək fikrindədir. Onda müəllim çox pis olmuşdu. Soruşmuşdu ki, niyə bu fikirə düşüb? Türk də ağrına-ağrına demişdi: "Qardaş, burada çox xoşagəlməzliklər var ey. Pulsuz iş keçmir... Sonra da ki, bu qəsəbədə... Deyirlər, o toyda ki, ölüm olmadı, o toy deyil...”
Onda qocam sakitləşdirsə də, Ağacavad müəllimin əsil mənada ürəyi ağrımışdı. Novruzəli kişi əsil mənada zəhmətkeş adam idi. Onun becərdiyi tərəvəz məhsullarına söz ola bilməzdi. Yadında idi, bir kiloqramadək çəkisi olan soğanı rayon mərkəzinə aparması, orada çoxlarına göstərməsi. Hətta İcra Hakimiyyətində, başçının yanında da olmuşdu.
İndi belə bir adamın qəsəbədən çıxıb getməsinə necə dözsün o? Halbuki mexseti türkləri bu yerlərə köçüb gələnə kimi yaxşı tərəvəz, göy-göyərti, bostan məhsulları üzünə əsil həsrət qalardılar. Çox adam elə kənar rayonlardan, şəhərdən alıb gətirirdi. Özü də neçəyə? Lap od qiymətinə.
Onda Ağacavad kişi bir qəsəbə sakini kimi həmin türkün evinə getmiş, onunla xeyli söhbət edərək, onu bu hərəkətindən, yoldan qaytarmağa çalışmışdı. Kişi isə sanki inada düşmüşdü. Elə hey deyirdi:
–"Yox, balası... Üz vurma, gedəcəyəm”.
–"Bir az səbirli ol”.
–Nə qədər səbr etmək olar? Artıq qəti qərarımdır”.
Beləcə onda Noovruzəli kişi kənddəki evini, pay torpağını satdı. Onlarda olanda kövrəlmiş halda ondan əl çəkmir, öz məhsulları olan soğan, kartof, qarğıdalıdan maşınına yükləmək istəyirdi:
–"Apar da... Pulla almamışam ki...”
–"Yox... Çox sağ olun...”
–"Sağıq da... Yaxşı buğdam, arpam da var...”
Beləcə nə qədər çalışsa da, həmin mexsxeti türkünü Novruzəli kişini yolundan saxlaya bilmədi, ailəliklə köçüb Türkiyəyə getdiyini eşitdi. Sonradan heç onun yaxşı sədası gəlmədi. Dedilər ki, orada lap darıxan kimi olub, xəstələnib, vəfat edib.
Ağacavad müəllim ailəliklə toya gedəndə Pirin yanında mayorla rastlaşdı. Su içirdi.
–Salam müəllim.
–Salam.
–Hara belə? Xeyir ola?...
–Toya gedirəm.
–Qohumlargilə?
–Hə...
–Mən də dəvət olunmuşam, görüşərik.
Ayrılanda mayor da ona dedi:
–Ancaq bir az ehtiyatlı ha. Bu kəndin çox qəribə qanun-qaydaları var. Bir də ki, sənə deməyin nə adı. Özün oradan evlənmisənsə, elə deməli bir ailənin üzvüsən də.
Ağacavad müəllim mayorun sözlərini zarafata salmaqdan başqa əlacı qalmadı:
–Yox... Qohum olsam da bu dağlılarla mənimki tutmur.
–Bəs sən dağlı deyilsən?
–Mən peyvəndindənəm də, onlar lap cirindandırlar.
Onlar bu söhbətə ürəkdən güləndə həyat yoldaşı Badam dodaq büzdü:
–Görürük elə... Lap qurumuş qaysıya oxşayırsınız.
–Kişi elə belə olmalıdı da, yoxsa sənin kimi... Özbəklərin plov qazanına oxşayırsan.
Badam inciyən kimi oldu:
–Sözə bax da... Danışdı da... Hələ o mayorla varım. Kəndimizi pisləməyinə bax ey. Özü afiristlərə oxşayır.
Söhbətin beləcə xoşagəlməz məcraya yönəlməsini istəməyən Ağacavad müəllim dedi:
–Biz də sizin üçün deyirik də. İndiki cavanlar bəzi məsələlərdə düz eləmirlər.
–İndi bizi tərbiyə edəcəksiniz də?
–Allah eləməsin.
–Onda susun, danışığınızı bilin.
–Bu da komandir.
Toy başlamışdı. Onları da şadyanalıqla qarşılayıb, rahat bir yerdə əyləşdilər. İlk andan Ağacavad müəllim hər şeyə "əhsən” dedi. Hər şey ürəyincə təşkil olunmuşdu. Çalğıçılar dəstəsi, müğənnilər – oğlanla qız gözəl-göyçək, boylu-buxunlu, sinədəftər idilər. Yaxşı da avazları, səsləri vardı.
–Apar ona ver, de ki, bu əvəzə mahnılardan əl çəksin. Bir rast oxusun.
Çalğıçılar az sonra ritmi dəyişib, onun havasını çalsalar, müğənni oxusa da, həmin qarabəniz oğlan hey səslənməkdə idi:
–Zakaz vermişəm, ona deyin ki, rast oxusun!... Bura toya gəlmişik, ara mahnıları dinləməyə yox.
Müğənni oğlan arada səsini kəsin, dilxor halda dilləndi:
–Bəlkə mən bilmirəm, bu rastdı da.
Qız müğənni də onun sözlərini təsdiq elədi:
–Hə də... Rastdı da...
Oğlan isə sanki özünü göstərir, sakitləşmirdi ki, sakitləşmirdi... Bu vaxtlar Ağacavad müəllim iştahla çörək yeyirdi. Dost-tanış da üz vurmuş, bir yüz içmişdi. Sonra da pivə süzdülər. Elə bu an, sanki toyda yaranmış gərginliyi aradan qaldırmaq üçün aparıcı sözü ona verdi:
–Hörmətli qonaqlarımızdan Ağacavad müəllim buradadır. Gəlin onun da təbrikini eşidək, görək səbəbkarlara nə arzulayır.
Ağacavad müəllim çox şənliklər görsə, təbriklər etsə də, nədənsə burada lap sıxılan kimi idi. Bir tərəfdən həyat yoldaşı ona işarə edirdi ki, az danışsın, söhbəti çox da uzatmasın. Digər tərəfdən həmin qarayanız oğlan onu qanlı-qanlı süzməkdə idi. Dilləndi:
–Çox mübarəkdi... Qoşa ömür sürüb, qoşa qarısınlar...
–Bu da sözdü... Niyə qocalsınlar, qarısınlar? –deyə həmin qarayanız oğlanın mızıltılarını eşitsə də, Ağacavad müəllim sözünə davam etməkdə, danışmaqda idi:
–Mən də səbəbkarları ürəkdən təbrik edirəm...
–Hamı ürəkdən təbrik edir ki, böyrəkdən yox ki?...
–Arzu edirəm ki, ilahi onlara ilk növbədə can sağlığı versin. Ömürləri boyu "nə edim”, "necə edim” deməsinlər, düşünməsinlər... İşləri həmişə rəvan getsin, könül xoşluqları olsun.
–Təzə sözlər eşidirik...
–Bir də ilahi onları heç vaxt çörəklə imtahana çəkməsin. Arzuları həyata keçsin. Dünya malından qane olsunlar...
–Kişinin işinə baş aparır bu...
–Bir də arzum odur ki, həyat inamlı olsunlar. Həqiqətpərəst olsunlar. Əsil xoşbəxlik elə bundadır... belə olanda maddi cəhətdən olmasa da, mənəvi cəhətdən özünü çox şən, gümrah, xoşbəxt hiss edir.
Sanki qara daşlar da dünyanın ən qiymətli inciləri tək onun gözləriönündə bərq vurur. Səbəbkarlar bir daha təbrik edir, xoşbəxtlik arzulayıram! Xoşbəxt olsunlar!
Səslər eşidildi:
–Əla!
–Əhsən!
–Təbrik belə olar da!
Ağacavad müəllim beləcə xoş sözlər, gur alqışlar altında keçib yerində əyləşəndə, həmin qarayanız oğlan hələ də donquldanmaqda idi:
–Ay yazıqlar... Hələ də hər deyilənə inanmırlar ey... Elə belə-belə sözlər yetmiş il başınızı xarab elədi. Bir tərəfdən də elə bu alqışlar... Nəyə gülür, çəpik çalırsınız? –Sonra isə sərpayini yanına çağırıb tapşırdı: –Ölüm rəqsi” çaldır, biz oynayacağıq. Həqiqətən də indi artıq o tək deyildi, özünə oxşayan bir neçə ənqüş-ünqüş adam yanında cəm olmuşdu. Səslənirdilər:
–Ələ, bu toydu, yoxsa maskarad?!
–Meyxana demirlər heç!...
–Sən başla!...
Oğlan qəfildən, bədahətən meyxana deyəndə hamı susdu, diqqət kəsildi. Həqiqətən də ürəkdən deyirdi. Bu anlar onu alqışlayanların, çəpuk çalanların da sayı çoxaldı.
–İndi də bir "ölüm rəqsi!..”
Bu an məclisə əvvəl bir sakitlik çökdü. Sonra isə narazılıq, söz-söhbət baş alıb getdi də. Toy sahibi Maxsudu qınadılar:
–Ə, bu nə deməkdi?! Biz toya gəlmişik, yoxsa oğru, quldur yallısına baxmağa?
–Hə də, qız-gəlinlər oynamaq, rəqs etmək istəyir.
–Elə biz də... Biz adam deyilik?
Toy sabahı isə onsuz da onların bu hərəkətindən dilxor idi. Ona görə də dedi:
–Siz Allah bir anlıq sakit olun, məni də başa düşün. Görmürsünüz, onalrın ağlı başında yoxdu, hallıdırlar...
–Bəs sahə müvəkkili yoxdur, gəlməyib?...
–Belə yerdə o çətin görünər.
Mayor da toya mülki formada gəlmişdi. Onsuz da bura onun ərazisi deyildi. Arxayın halda yeyib içməkdə idi. Əhli kef cavanlar isə hələ də ortalıqdan çıxmamış, meydan sulayırdılar:

Bir getmişdik cəbhəyə...
Qismət idik gülləyə...
"Ölüm!... Ölüm!” haradasan?!
Lap yaxında, burdayıq!...
Beləcə səs-küu o qədər qalxmış, deyib-gülən, qaçıb-tutan vardı ki, adamı bu xaos lap bezdirirdi. Narazılıq dolu səslər eşidilirdi:
–Ə, buranın bir ağsaqqalı yoxdu?
–Belə də toy olar?
–Müğəni yazıqlara imkan verən yoxdur.
Toy sahibi axırı hərəkətə gəlib, bir neçə qolu zorlu hesabına ortalıqdan çıxmayan oynayanları, atılıb-düşənləri kənarlaşdırdı. Ağacavad müəllim hələ də odlu-alovlu danışmaqda idi:
–Əyibdi axı, hər şeyin bir həddi olmalıdı! Toy görməmişik bəyəm? Görmüşdük qabiliyyətli bir-iki nəfər oynayar, məclis əhli də bundan zövq alar. Yoxsa indiki kimi? Mahnıya bax, "Ölüm rəqsi!” Bunu kim bəstələyib, quraşdırıb belə?
Qarayanız oğlan onların rəqs meydanından kənarlaşdırılmasından incik halda donquldandı:
–Yaxşı baxarıq... Sənə kimliyimizi göstərmək borc olsun...
Onlar həmin axşam toydan xeyli gec çıxmışdılar. Əvvəl nə qədər pərtlik, qanqaraçılıq olsa da, sonradan toyda hər şey qaydasdına düşmüş, hətta Ağacavad müəllimi tərifləmiş, onun sağlığına xoş sözlər demiş, doyunca yeyib-içmişdilər.
–Halal olsun sənə, müəllim... Bizdə söz deyən... Beləcə məclis pozan gəda-gudanı yerində otuzduran yoxdu da. Bir sahə müvəkkilimiz var. O da belələri i lə əlbir olub. Odur ki, qudururlar da.
Mayor dözə bilməyib sözünü dedi:
–Ə, tək sahə müvəkkili ilə heç nə əldə etmək olmaz. Camaat bir ola gərək.
–Bir olub birləşə bilmirik də... Beləcə batırıq da.
–Batmayın da. Bu da dənizə, balıq tutmağa getməkdi bəyəm?
–Elə bu külək, dənizdi də başımızı xarab edən.
–Əcəb bəhanə tapmısınız. Düzdü, onların da təsiri var. Ancaq de ki, elə qanınızdadı. İran şahı səbəbsiz sizi bura sürgün etməyib ki.
–Sən də deyirsən ki, Şah dağlayıb göndərib? Dağda yaşadığımız üçün belə deyirlər.
–Onda bütün dağda yaşayanlara dağlı deyərdilər də...
–Düzdür... Onda deyirsən ki, elə qanımızd var, ipə-sapa yatmarıq da.
–Əlbəttə ki... Gərək hər şeyi adı ilə çağırasan.
Ağacavad müəllim yol adüşmək üçün onlardan ayrılanda həyət yoldaşı narazı halda dedi:
–Bəlkə qalaq, səhər gedərik də. Özün də içmisən...
–Sərxoş deyiləm...
–Görürəm elə. Bəs maşın məsələsi... Nə ilə gedəcəyik? Nə çoxdu maşın. Olmaz bir taksi kirayələrik də.
Badamı yaxın qohumlar getməyə qoymaq istəmirdilər. Deyirdilər:
–Bu gecə vaxtı nə var. Çöldə qalmamısınız ki. Allaha şükür qalmağa ev-eşiyimiz, yatmağa mir-mitilimiz nə qədər istəsəniz.
–Bunun xxasiyyətini bilmirsiniz. Höcətliyi tutub da. Elə mən də yerimi dəyişəndə yata bilmirəm.
–Daha özün