adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Iyul 2018 12:51
6585
GÜNDƏM
A- A+

Xaricdəki 206 azərbaycanlı könüllü olaraq Azərbaycana qayıdıb

Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 75 nəfərdir.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, bu ilin iyulun 1-nə olan məlumata görə, ölkəmizdə 32648 nəfər müvəqqəti, 11288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.

Onun sözlərinə görə, hesabat dövründə DMX-ya vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13341 müraciət daxil olub.

DXM rəisi qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir.

Xidmət rəisi qanunsuz əmək fəaliyyəti sahəsinə də nəzarətin gücləndiriləcəyini deyib.


Vüsal Hüseynov deyib ki, xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib.

Vüsal Hüseynov bildirib ki, bu ilin 6 ayı ərzində 1324075 halda 827352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artım olduğunu göstərir.

DMX rəisinin sözlərinə görə, hesabat dövründə 347767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 olub.