adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Iyul 2018 10:52
12539
DÜNYA
A- A+

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib.

Adalet.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, ikiil bundan əvvəl elan olunan fövqəladə vəziyyət rejimi bu gecə yerli vaxtla saat 01:00-da başa çatıb.

Fövqəlada vəziyyət rejimi 15 iyul 2016-cı ildə baş vermiş çevrilişə cəhddən sonra iyulun 21-dən tətbiq olunmağa başlanılıb. Sonra isə parlament fövqəladə vəziyyət rejiminin üçay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib.

Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın terror təhlükəsi yarandığı təqdirdə fövqəladə vəziyyət rejiminin bərpa edilə biləcəyini bildirib.