adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyul 2018 10:33
12758
İQTİSADİYYAT
A- A+

Əhalinin nominal gəlirləri 9,3 faiz artıb

Yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 25705,2 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 2623,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 23687,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox vəsait qalıb.