Ərəblər və çinlilər Naxçıvanın suyunu içəcəklər
"Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixrac potensialı ildən-ilə artır. Hazırda "Badamlı” mineral suyu Rusiya Federasiyasına və Birləşmiş Ərəb Əmrliyinə ixrac olunur.
Adalet.az-ın məlumatına görə, bu mineral su yaxınlarda Çin Xalq Respublikasına da ixrac ediləcək. Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur.
Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Zavodda tələbata uyğun olaraq 0,5, 1, 1,5 litrlik plastmas, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız su buraxılır. İstehsal olunan məhsul muxtar respublikanın tələbatını ödəməklə yanaşı, Bakı şəhərində və ölkəmizin digər regionlarında da satışa çıxarılır.
"Badamlı” mineral suyuna tələbat ildən-ilə artdığı üçün hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni zavod tikilir. Bu zavod hazırkı müəssisədən daha böyük və yüksək texniki imkanlara malik olacaq.
Digər Xəbərlər
19 Aprel 2024 17:22
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39