adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Iyul 2018 18:04
11559
DÜNYA
A- A+

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Tbilisi Apelyasiya məhkəməsi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvillinin iddiasını qəbul etməyib.

Modern.azGürcüstan Baş Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir ki, bununla da Gürcüstanda Saakaşviliyə verilmiş 3 illik qiyabi həbs cəzası qüvvədə qalıb.

Eks prezident "Gürcüstan Birləşmiş Bankı”nın əməkdaşı Sandro Qirqvlianinin ölümünə görə cəza çəkənləri əhv etməyə görə bu cəzaya məhkum edilib.

Tbilisi şəhər məhkəməsi Saakaşvillinin bu addımını vəzifə səlahiyətlərindən istifadə etmək kimi qiymətləndirib. Məhkəmənin rəyinə görə eks prezidentin günahkarlara verdiyi sözü yerinə yetirməsi Qirqvliani ailəsinin hüquqlqrını pozub və Gürcüstanın dövlət maraqlarına zidd olub.

Xatırladaq ki, 2006-cı ildə baş vermiş bu cinayət işində ölkənin yüksək çinli vəzifəli şəxsləri ittiham olunub və müxtəlif cəzalara məhkum edilib. 2008-ci ildə isə o vaxtkı, prezident Mixail Saakaşvili onları əhv edib.

2012-ci ildə prokuraturanın işi yenidən qaldırması nəticəsində 7 nəfərə ittiham irəli sürüldü. Onların içərisində ölkənin keçmiş daxili işlər naziri Vano Merabşvilli də olub. Onu 3 illiyinə həbsə göndəriblər.

Eks prezident Mixail Saakaşvili isə 2013-cü ilin noyabrında yeni prezident Georgi Marqvelaşvilinin səlahiyyətlərini icra etməyə başlayanda ölkəni tərk edib.

Bu ilin yanvarın 5-də Saakaşviliyə bu işə görə 3 illik qiyabi həbs cəzası verilib.

Gürcüstan daxilində Mixail Saakşvili axtarışa verilib.

Qeyd edək ki, bu ilin iyununda Saakaşvili daha bir işdə günahkar bilinib. O, 2005-ci ildə Parlament deputatı Valeriya Qelaşvilinin döyülməsində günahkar bilinib. Bu ittihama görə eks prezidentə 6 il qiyabi iş cəzası kəsilib. Həmçinin Mixail Saakaşvili 5 milyon dollar dövlət vəsaitinin şəxsi ehtiyaclara xərcləmək və 7 noyabr 2007-ci ildə aksiyaların dağıdılması zamanı vəzifə səlahiyyətlərinin aşılmasında da ittiham olunur.