adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2018 16:23
29545
HÜQUQ
A- A+

Fədayə Laçının səhhəti pisləşdi

Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi müğənninin səhhətini pisləşdirib.

Adalet.az yenicag.az-a istinadən xəbər verir ki,bu barədə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib:

"Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox əziyyət çəkir. Hazırda dava-dərman qəbul edir".

Vəkil istintaqın yekunlaşdığını da bildirib:

"İstintaq yekunlaşıb. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı".