AQİL ABBAS: ALLAH DA QOCALIR, AMMA SÖZ QOCALMIR

AQİL ABBAS
69069 | 2018-07-20 09:29

Dünyada nə varsahamısı hər gün qocalır. Təbiət də, Ay da, Günəş də, planetimizin özü də, insanlarda. Təbiət hətta o qədər qocalıb ki, başınıitirib. Bilmir nə vaxt yağış yağdırsın,nə vaxt gün çıxartsın və ya yağışı harda yağdırsın,günü harda çıxartsın.

Nitsşedeyir ki, «Allah ölüb». Mən onu deyə bilmərəm, ağzım əyilər. Amma mənə elə gəlir ki, Allah da qocalıb, artıq bəşəriyyəti istədiyikimi idarə edə bilmir. Bu boyda dünya dağılır, nə yeni bir Peyğəmbər göndərir, nə yeni bir Kitab. Bu boyda dünya qalıb iki güc dövlətin əlində, girinc olub. Az qalmışdım yazam, iki gic dövlətin əlində, qorxdum yazmadım, adamı çarmıxa çəkərlər.

Bəli,dünyada hər şey qocalır, hətta sonra yoxolub da gedir.

TəkcəSözdən savayı. Söz nəinki qocalmır, hətta hər gün gəncləşir, cavanlaşır. Homerdən tutmuşüzü bəri. Nizamidən, Firdovsidən,Nəsimidən, Füzulidən tutmuş üzü bəri. Şah İsmayıldan, Vaqifdən, Mövlanadan,Yunus Əmrədən, Nazim Hikmətdən tutmuş üzü bəri.

Axundovdan, Caviddən, Cəfərdən, Müşfiqdən, Səməd Vurğundan, Rəsul Rzadan, Bəxtiyar Vahabzadədən,Əli Kərimdən, Əliağa Kürçaylıdan, MəmmədArazdan, Qabildən, Cabir Novruzdan, Nusrət Kəsəmənlidən, Hüseyn Kürdoğludan, AğaLaçınlıdan,Vahid Əlifoğlundan üzü bəri.

Fikrət Qoca, Nəriman Həsənzadə, Vahid Əziz ona görə qocalmırlar ki, Sözü qoymurlar qocalmağa.

Qocalmır Söz. Vaqif Səmədoğlu qoymadı qocala Söz. Eldar Baxış, SiyavuşSərxanlı, Tofiq Abdin qoymadı qocala Söz. Akif Səməd qoymadı qocala Söz. Mehdi Bəyazid dəqoymadı qocala Söz. Yazıçı Şahmar da qoymadı, şair Şahmar Əkbərzadə də. Baba Pünhanı unutmaq olmaz.

İsa Hüseynov, İsmayılŞıxlı, Sabir Əhmədov, İsi Məlikzadə, Fərman Kərimzadə, İsmayıl Qarayev, Cəmil Əlibəyovqoymadı qocala Söz.

Anar, Elçin, KamalAbdulla, Seyran Səxavət, Çingiz Abdullayev,Afaq Məsud, Elçin Hüseynbəyli, Nəriman Əbdürrəhmanlı, Yunus Oğuz qoymur qocala Söz. Elə bir az da mən.

Musa Yaqub, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Ənvər Əhməd,Zakir Fəxri, Xanım İsmayılqızı, Maarif Soltan,Salam Sarvan, Səlim Babullaoğlu, Rəşad Məcid, Şərif Ağayar, Aqşin Yenisey, Seymur Baycan, Vəli Xramçaylı, Əbülfət Mədətoğlu qoymur qocala Söz.

Bu gün Sözü qocalmağaqoymayan istedadlı şairimiz Mahir Qarayevin 60 yaşı tamam olur.Maşallah, heç özü də qocalmır. Elə 40il bundan əvvəl tanıdığım Mahir Qarayevdi.

Təbrik edirəm, qardaş!Bu dünyada hər şey qocalır və qocalaq, bircəSözdən savayı. O Sözdən ki sən onun keşiyində durmusan.

Və bir də bu dünyadahamı ölür, təkcə Sözə qulluq edənlər və Sözün işığında yaşayanlardan başqa.

Hətta imperatorlar,sultanlar, şahlar da gücləri çatdığı qədər Sözəqulluq edirdilər ki, bəlkə o Söz onları da yaşada.

Mahir, sən həmişəyadıma düşəndə nədənsə Sabir Adil də yadımadüşür. O da Sözə qulluq edirdi.

Adları deyəsənçox yazdım, eləmi? Əksinə, hələ nə qədər Sözə qulluq edənlərin, Sözü yaşadanların,Sözü qocalmağa, ölməyə qoymayanların adlarını da yaza bilərəm.

Bu gün dilimiz yaşayırsa,bu gün bu millət kökündən ayrılmayıbsavə bu millət az-çox qocalmaqdan qaçabilirsə, yuxarıda adlarını çəkdiyim və adlarını çəkmədiklərim Sözü qocalmağa qoymayanlara borcludur.

Mahir Qarayev, şənbənömrəsində sənin Fəxri Uğurla beş il bundan qabaqkı söhbətini də təkrar çap edəcəm. Çünki o müsahibə də Sözdü və heç vaxt qocalmaz. Çünkio müsahibəni alan Fəxri Uğurlu da Sözü qocalmağa qoymayanəmioğullardandı.


TƏQVİM / ARXİV