“Bunu edən ən əxlaqsız adamdır” - Deputata qarşı təxribat
Milli Məclisin deputatı Qənirə Paşayevaya qarşı təxribat törədilib.Bu barədə millət vəkilinin özü bildirib. Q.Paşayeva kimlərinsə onun adına Facebook sosial şəbəkəsində saxta səhifə açdığını deyib:
"Bunu kim edibsə, dünyadakı ən əxlaqsız, tərbiyəsiz adamlardan biridir, oğrudur. Mənim adıma rəsmi səhifəmlə eyni adda səhifə açıb, ora rəsmi səhifəmdəki şəkli və məlumatları qoyublar”.
Q.Paşayeva onun adından tanınmış insanlara dostluq göndərən naməlum şəxslərlə bağlı dostlarını şikayət etməyə çağırıb.
"Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır. Məni səhifəni açan kimi əngəlləyib ki, bu səhifəni görə bilməyim. Yaxşı ki, dostlar xəbər verdi və linki göndərdilər. Bunu edən adamda bir az da olsa əxlaq anlayışı varsa, qapatsın həmin səhifəni, yoxsa rəsmi yollarla şikayət edib bu admini tapacağıq və tədbirlər görüləcək”.
Digər Xəbərlər
19 Aprel 2024 11:19
İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
18 Aprel 2024 12:32