Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Hollandiyadan görünən Azərbaycan - MÜSAHİBƏ Adalet.az | Hollandiyadan görünən Azərbaycan - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Hollandiyadan görünən Azərbaycan - MÜSAHİBƏ

Vüqar Abbasov: "Hollandiyadan Vətənə sevgim daha fərqli hiss olunur"

18218    |   2018-07-18 09:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünkü həmsöhbətim uzun müdət AZTV-də və müxtəlif sahələrdə çalışmış, hal-hazırda Hollandiyada yaşayan Vüqar Abbasovdur.

- Vüqar bəy, Hollandiyaya nə vaxt getdiniz?

- 2008-ci ildən ailəmlə birgə Hollandiyanın Zierikze şəhərində yaşayıram. Ona qədər burada Aztv-də işləmişəm. Hollandiyaya köçəndən bir il sonra qərara gəldim ki, Azərbaycanla bağlı hansısa işlər görmək lazımdı. Düzdür, bu işlə məşğul olan təşkilatlar var, amma hərəsinin öz yolu var. Mən uzun müddət tək, heç bir təşkilat yaratmadan jurnalist kimi fəaliyyət göstərdim. 2011-ci ildə oranın "Jurnalistlər birliyi”nə üzv oldum, məndən alınan müsahibələr qəzetlərdə dərc olunmağa başladı.

Azərbaycan bizim Vətənimizdir. Amma Vətəni kənardan sevmək daha asandı. 10 gündür Vətəndəyəm, hiss edirəm ki, Vətənə qarşı olan hisslərim Hollandiyada bir başqa idi, burada bir başqa. Ölkə xaricində yaşayanda canının yarısı burada qalır.

- Orada rəsmi adamlardan ilk görüşünüz kimlə oldu?

- Holland dilini bilmirdim. Ona görə də dilini bildiyim kimlərləsə əlaqə qurmaq lazım idi. Parlamentdə isə türk əsilli millət vəkilləri var. Niderland parlamentində və siyasətində yetərincə türk kökənli siyasətçilər var ki, onlar dövlətin siyasətinə təsir göstərə bilirlər. Onlardan biri də Nebahat Albayrak "İşçi partiyası”nın sədri idi.

- Müsahibələrinizdən birində demisiniz ki, "Connect” təşkilatını yaratmağa bir holland kömək olub.

- "Connect" Təşkilatını yaratmazdan öncə mən fərdi şəkildə fəaliyyət göstərirdim, yaratmağı planlaşdırdığım təşkilatın Hollandiya ictimai, siyasi çevrələri, media orqanları ilə əlaqələrinin olması üçün öncədən iş aparırdım, əlaqələr qururdum. Hollandiya Jurnalistlər Birliyinin üzvü olmağımdan istifadə edib bir sıra görüşlər keçirmişdim. Nəhayət, keçən ilin sonlarında holland dostlarımla qərara gəldim ki, birlikdə "Connect" Təşkilatını yaradaq. Mən uzun müddət Azərbaycanda AzTV-də işləmişəm, müxtəlif media orqanlarında yazılarım çap edilib, eyni zamanda Bakıda turizm biznesi ilə məşğul olmuşam. Bütün bu təcrübələrim Hollandiyada fəaliyyətimin qurulmasında, istiqamətlənməyimdə rolunu oynayıb. Hollandiyaya köçdükdən sonra öncə holland dilini öyrəndim və 2010-cu ildən bu ölkədə ümumi diaspor fəaliyyətinə qatılmağa başladım. "Connect” Təşkilatı sırf diaspor fəaliyyəti ilə məşğul deyil. Biz Hollandiya və Azərbaycan, eləcə də Hollandiya ilə digər türk dilli ölkələr arasında mədəni, iqtisadi əlaqələrin daha da sıx qurulmasına öz töhfəmizi verməyə çalışırıq. Məqsədimiz odur ki, təşkilatımız heç bir kənar maliyyə dəstəyinə ehtiyac olmadan fəaliyyət göstərmək imkanını əldə etsin. Yalnız belə olduğu halda ortaya səmərəli iş qoymaq mümkündür. Təşkilatımızın bu günə qədər həyata keçirdiyi bütün işləri öz hesabımıza eləmişik. Hər bir azərbaycanlı yaşadığı xarici ölkədə öz bacardığı, imkanı çatdığı qədər Azərbaycanın milli maraqlarını təbliğ eləməlidir.

- Sizə deyiblərmi ki, "sən də təşkilat yaradıb Azərbaycanı təbliğ adı altında xeyir güdürsən”?

- Tənqidlərlə rastlaşıram əlbəttə ki. Amma vaxtilə diaspor barədə ən çox yazanlardan, tənqid edənlərdən biri də mən idim. Ancaq o vaxt sadəcə bir jurnalist kimi yazırdım, təşkilatçı kimi deyil. Yəni o zaman maraqlı tərəf deyildim. Jurnalist kimi hər zaman düşündüyümü, gördüyümü yazmağa, obyektiv olmağa çalışmışam. İndi isə mən də bir təşkilatın sədriyəm. Düşünürəm ki, etik olmaz ki, bir təşkilat rəhbəri digər təşkilat(lar)ı tənqid etsin. Onda elə anlaşıla bilər ki, mən maraqlı tərəf kimi digər təşkilat(lar)ı "vururam". Halbuki diaspor təşkilatları siyasi partiya deyillər və heç bir siyasi iddiaları da olmalı deyil. Diaspor təşkilatlarının işi sadəcə diaspor fəaliyyəti olmalıdır və bu fəaliyyəti də kimlərəsə, rəsmi Bakıya xoş gəlmək üçün, məhz diasporumuz üçün etməli olduğu düşüncəsindəyəm. Nə vaxt ki təşkilatçılıqdan çəkiləcəm, o vaxt yenə də jurnalist kimi yazılarımı yazacam və lazım olanda tənqid də edəcəm.

- Xaricdə yaşayanlar hamısı diaspor fəaliyyəti ilə məşğul olmalıdır? Hamı Azərbaycan üçün nəsə etməlidir?

- Yox, əlbəttə. Xaricə yaşamağa diaspor fəaliyyəti ilə məşğul olmaq məqsədilə gedən yoxdur. Artıq xaricdə yaşadıqca insanda müəyyən hisslər yenidən oyanmağa başlayır ki, ölkəm üçün bunu edim, onu edim və s. Kimisi bunu fərdi edir, kimisi bir başqaları ilə birlikdə təşkilat yaradır, kimisi də yaradılmış təşkilatlarda aktiv olmağa çalışır. Bir də ki nə üçün düşünürsünüz ki, hamı fəaliyyəti barədə məlumat verməlidir? Məsələn, mən fərdi fəaliyyət göstərdiyim vaxtlarda bunu kimsəyə nə deyir, nə də bir yerdə yazardım. Dostum Elnur Eltürk məni buna bir növ məcbur etdi. Başqa bir misal, mənim həyat yoldaşım artıq bir neçə ildir ki, ibtidai məktəbdə (12 yaşına qədər olan uşaqlar üçün) işləyir və ölkəmizi bacardığı qədər təbliğ edir. Məsələn, Novruzda, Respublika günlərində qısa məlumatlar verir, evdə şəkərbura, paxlava bişirib aparır və s. Ancaq bunu nə mətbuata vermək üçün edir, nə facebookda yazmaq üçün. Mən də bunları ilk və son dəfə deyirəm. Bilirsiniz nə qədər soydaşımız var ki, fərdi etdiklərini heç yerdə demir, yazmırlar. Səbəbini də soruşanda birisi bunu təvazökarlıqdan kənar kimi dəyərləndirir. Digəri deyir ki, nə üçün hamıya bildirməliyəm? Kiminsə qarşısında öhdəliyim olduğu üçün etmirəm axı. Sadəcə içimdən gəlir və edirəm.

- Əvvəllər xarici ölkələrdə Azərbaycan deyəndə çox adam bizim ölkəni tanımırdı. Artıq 10 ildir ki, Hollandiyadasınız. Bəs, Hollandiyada bu məqamda vəziyyət necədir? Bizi tanıyırlarmı?

- Açıq deyim. Bizim üçün Çində baş verən hadisələr nə qədər maraqlıdırsa, Hollandlar üçün də Azərbaycan o cür maraqlıdır. Biz elə bilirik ki, bütün dünya bizi tanımağa borcludur.

- Axı bizim üçün Hollivud filmləri olsun, İran filmləri olsun, lap dediyiniz Çinin filmləri belə olsun, maraqlıdır. Yəni mədəni proseslər.

- Baxın, məsələn, bizim Space kanalı hind mədəniyyətini burada məşhur edib. Belə getsə, Hindistan diaporası Space kanalına təşəkkür bildirəcək. Bütün günü bizim kanalları açırsan, şoudur, əyləncədir. Yaxşı, öz vətəndaşlarımızı nəzərə almırlar, eybi yox, bəs, xaricdəkilər? Bəs, onlar Azərbaycan haqqında nə düşünəcəklər? Haqqımızda hardan öyrənəcəklər?

Biz tədbir keçirəndə kamança çalınırdı. Orada əyləşən hollandların bəzilərinə kaman səsi toxundu, bəzilərinə isə yox. İki film nümayiş etdirdik Azərbaycan haqqında. İkinci film 45 dəqiqəlik idi. Onu bilərəkdən sona saxlamışdım. Foyedə şərab içən tək-tük adam gördüm. Hamısı zalda əyləşib maraqla filmə baxırdılar. İndi yəhudilər kimi çıxmasın, sualınıza sualla cavab verim, biz onlara nəyi təqdim etdik ki, baxmadılar?

İndi televiziyada bəzi müğənnilər yalandan deyir ki, getdik, xaricdə konset verdik. Onlar gəlib burada kiminsə toyunda oxuyurlar, adını da qoyurlar konsert.

- Bayaq Vətəndən danışdınız. Övladlarınıza aşılaya bilmisinizmi bu hissi?

- Sizə tam səmimi deyirəm, pafoslu çıxa bilər. O məsəl düzdür, "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Mən də istəyərəm ki, ölsəm bu torpaqdan dəfn olunum. Qoy, mənim sümüklərim bu torpağı möhkəmləndirsin. Övladlarım bilsin ki, Azərbaycan atalarının məzarı var. Bura gəlib-getsinlər, Vətənə bir bağları olsun. Mən Vətənə gələn kimi atamın, doğmalarımın məzarı ziyarət edirəm. Əgər onlar olmasa, niyə gəlim ki?

Yadıma gəlir, Hollandiyaya gedəndə oğlum məndən soruşdu ki, ata, biz Azərbaycana nə vaxt qayıdacağıq? Artıq illər keçib, indi biz bura gələndə oğlum soruşur ki, ata, biz Hollandiyaya nə vaxt qayıdacağıq?

Açıq etiraf edim ki, bizim üçün orada yaşayış buradan daha rahatdır.

- Bir də görürsünüz ki, xaricdə yaşayan soydaşlarımız etiraf edirlər ki, ermənilərlə yaxşı yaşayırıq xarici ölkədə. Hollandiyada necədir? Bizimkilərlə ermənilər necə yola gedirlər?

- Mənim millətimin qanını tökmüş, Xocalıda uşaqlarımı qırmış bir millətlə mən dost ola bilmərəm. Hə, əgər birlikdə işləmək məcburiyyətim olsa, o heç. Amma iş ayrı, dostluq ayrı.




İmza:Emin Akif

“Çörəyini yediyin adam hər zaman haqlıdır” - MÜSAHİBƏ

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARI ÖZLƏRİNİ ÖLÜMÜN İÇİNƏ ATIRLARSA...

Rza Rzayev: “Bizim üçün Sadiqlik ən önəmli dəyərdi”

“Yazıçılara kafe verilsin, amma araq verilməsin” - Aqil Abbasla Ayxan Ayvazın söhbəti

“Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım...” - MÜSAHİBƏ

İnsan kimi, yazıçı kimi də mənim kəndim dağılıb... - MÜSAHİBƏ

Şeyxülislamdan ölkə gündəmini dəyişəcək açıqlamalar: ”Katolikos Qaregin mənə dedi ki... ”

Rafiq Tağının qardaşı : “Onun qətlində şübhələndiyim adamlar var” - - MÜSAHİBƏ

Fatih Terim "Ədalət"ə danışdı: Futbolçuları döymək lazımdı...

Aqil Abbas: “Mənim bir su köşküm də yoxdur, yeganə ağdamlıyam ki, bu işi bacarmıram”

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK