Aqil ABBAS: SEYİD MƏHƏMMƏD AĞA HƏCCƏ NİYƏ GETMƏDİ?

19744 | 2018-07-18 12:20

Mətbuatda oxuyuram ki, TacikistanınDevaştiç rayonunun Metk kəndinin 78 yaşlısakini Mahtob Fozilova Həcc ziyarətiüçün yığdığı pulu kəndlərindəki çayın üzərindətikilən körpünün inşasına bağışlayıb. Nümunə götürüləsi bir işdi. Və o bu əməli ilə artıq Həcc ziyarətini haqq etmiş olub. Allah cənnətin qapılarını onun üzünə artıq açıb.

Ağcabədinin Bayat kəndində Laçından qaçqın düşmüş Seyid MəhəmmədAğa yaşayırdı, çox qeyri-adi bir insan idi. Nə vaxt görsəm əllərindən öpərdim, oda mənim alnımdan öpərdi. «Dolu» filmi çəkiləndəbu ağır seyiddən bir xahişim oldu. Filmdə bir yer var. Komandir şəhid olmuş döyüşçüləri ilə birlikdə səngərləriaşıb üzü Ağdama, Şuşaya doğru gedirlər. Xahişetdim ki, Ağa, olarmı filmdə Komandirin arxasında sən də gedəsən? Qoy Komandirimizin və əsgərlərimizin arxasındaağzıdualı seyid peyğəmbdər övladıaddımlasın. Bir qədər fikrə getdi, amma sondarazılaşdı. Filmdə Komandirin arxasında addımlayanhəmin o nurani kişi Seyid Məhəmməd Ağadı.

Bunu niyə yazdım? Bu məsələyəbir dəfə toxunmuşdum, amma Tacikistandakı 78 yaşlı xanımın xeyirxahlığını oxuyandansonra qərara gəldim ki, təkrar bir də oxucularaçatdırım.

Bayatdan Qaraxanlıya asfalt yoluçəkilərkən…

… adətən, səpin başlayanda, məhsul yığımı başlayanda, ya kimsəözünə ev tikəndə Ağanı dəvət edirdilər, gəlib xeyir-dua verərdi, tikintinintəməlinə daş qoyardı, zəmiyə ilk buğdanıəli ilə ilk o səpərdi və sair və ilaxır…

… Ağa gəlir inşaatçılarınyanına, çıxarıb bir topa pul verir, dəqiq yadımda deyil, təxminən beş min dollara yaxın Azərbaycanpulu. Və deyir:

- Mən bu pulu Həcc ziyarətinə getmək üçünyığmışdım. Görürəm yol çəkirsiniz, alın bu pulu, bu da məndən bir hədiyyəolsun. Çəkdiyiniz bu Əli yolu daha işıqlı və abad olsun.

Bəli, Tacikistanda bir xanımın bu gözəl əməlini yazırıq, amma özümüzüniçində olan gözəl insanlardan -MəhəmmədAğadan və məhəmmədağalardan yazmırıq. Mən bunueşidəndən sonra kəndə gedəndə (hər gedəndə görüşürəm) Ağanı ziyarət elədim,Ağa da məndən xahiş elədi ki:

- Məllim, xahiş edirəm,bu məsələni qəzetə-zada çıxarmayın. Sağ əlin verdiyinisol əl bilməməlidir.

Mən ilk dəfə Ağanın xahişini eşitmədim,ruhu günahımdan keçsin (altı ay olar rəhmətə gedib), bunu qəzetdə yazdım. Ona da demişdilər, məni görəndə incikliyinibildirdi.

Mən də dedim ki, Ağa, bunu səni tərifləməküçün, səni tanıtmaq üçün yazmadım, başqalarınagörk olsun deyə yazdım.

Qarşıdan Həcc ziyarəti gəlir. Allahbütün Həccə gedənlərinziyarətini qəbul eləsin. Deyirəm,görən, neçə nəfər Həcc ziyarəti üçün topladığı pulu hansısa məktəbin və ya bağçanın təmirinə, hansısa kənddəbir artezian quyusunun vurulmasına, hansısa bir kasıbın və ya şəhid balasının təhsilhaqqının ödənməsinə bağışlayacaq?!


TƏQVİM / ARXİV