adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Iyul 2018 14:54
17180
MƏDƏNİYYƏT
A- A+

Bakıda “Danışan gözlər” adlı sərgi açılıb

"Art Tover” rəsm qalereyasında "Yay festivalı 2018” çərçivəsində gənc rəssam İlahə Qəribovanın növbəti rəsm sərgisi açılıb.

Sərgi " "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyinin və "Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə reallaşıb.

Fırça ustasının "Danışan gözlər” adlı fərdi sərgisində müxtəlif mövzulu 30-dan artıq sənət əsəri nümayiş edilir. Sərgi bir həftə ziyarətçilər üçün açıq elan edilib.