Faiq QİSMƏTOĞLU: SAĞLAMLARI «ƏLİL» ELƏYƏNLƏR

FAİQ QİSMƏTOĞLU
54004 | 2018-07-17 12:07

Bir kişi günlərinbirində gedir «Vitek»ə (Həkim Tibb Komissiyası) sədrin yanına. Deyir ki, xəstəyəm, əlillik dərəcəsi almaq istəyirəm. Həkimdə baxıb görür ki, doğurdan da onun əlləriyoxdur. Xəstəni başa salır ki, get, müalicə olun, müalicədən sonra gələrsən baxarıq.O da qayıdıb deyir ki, ay həkim, necə olur ki, sağlam adamlar gəlir əlillik dərəcəsialır, amma biz ağır xəstə ola-ola əlillik dərəcəsini ala bilmirik. Həkim isə bildirirki, biz razı olmarıq ki, siz xəstəlikdən əziyyət çəkəsiniz. Ona görə də müalicəolunmalısınız. Biz xəstələrə yox, sağlam adamlara əlillik dərəcəsi veririk.

Bu fikrin nə dərəcədəhəqiqət olub-olmamasını birmənalı olaraq demək ədalətsizlik olar. Ancaq fakt ondanibarətdir ki, yeni təyin olunmuş əmək və əhalinin sosial müdafiəsi naziri, hörmətliSahil Babayevin bu ilin 6 ayı ilə bağlı yoxlamaların keçirilməsinə göstəriş verməsiçox qanunsuzluqları üzə çıxarıb. Məlum olub ki, Həkim-Tibb Komissiyasında sağlamadamlara çoxlu sayda ikinci və üçüncü qrup dərəcəli əlillik dərəcəsi verilib. Yənisaxta sənədlərlə heç bir xəstəliyi olmayan şəxslərə bu imtiyazlar şamil edilib.Faktlar öz təsdiqini tapandan sonra həmin insanların əlillik dərəcəsi ləğv edilib,bank hesabları bağlanıb və eyni zamanda onların əvvəllər aldığı pullar geri qaytarılıb.

Əgər 6 ayın yoxlamalarısağlam adamların saxta yolla xəstə çıxarılmasını aşkar edibsə, onda görün 6 ilinnəticəsi, yaxud 20 ilin nəticəsi yoxlanılsa nə qədər qanunsuz işlər aşkarlanar?!Çox qəribədir ki, bu cür nöqsanlara görə, əksər vaxt bu qanunsuzluqları eləyən səlahiyyətlişəxslər sudan quru çıxıblar və vəzifələrini dəyişməklə problemlərdən yaxasını xilasediblər.

Ümumiyyətlə, əlillikdərəcəsinin verilməsi ilə bağlı və bu zaman baş verən qanun pozuntusu ilə əlaqədarçoxlu sayda müzakirələr olub. Hətta əlillik dərəcəsinin verilməsinə görə, MilliMəclisdə də məsələ qaldırılıb. Səhv eləmirəmsə, deputatlardan kimsə bu dedi-qoduyason qoymaq üçün əlilliyin verilməsini Asan Xidmətə həvalə edilməsini bildirib.

Dəfələrlə BakıdakıHəkim Tibb Komissiyasında əlil xəstələrin necə get-gələ salınmasının şahidiolmuşuq. İki ayağı, iki əli olmayan adama deyiblər ki, get müalicə olun, müalicəmüddəti bitəndən sonra gələrsən sənin məsələnə baxarıq. Bir dəfə komissiyanın yanındanbir əlilin ağlaya-ağlaya çıxdığını gördüm. Bunu görəndə tüklərim biz-biz oldu. Sonrakimsə ona dedi ki, sən bunların dilini bilmirsən? Yoxsa sənin başına oyun gələcək.O yazıq kişi də dedi ki, heç dərman almağa pul tapmıram. O ki, qala ağır xəstə ola-olakiməsə şirinlik verəm. Ölsəm də buna dözəcəm. Tay bilmirəm sonradan həmin xəstəəlillik dərəcəsi aldı, yoxsa almadı?

Bir dəfə də psixixəstəxanada bir tanışımla qarşılaşdım. Sözün düzü onu orda görüb təəccübləndim.Təəccübləndiyimi hiss edib dedi ki, müəllim, mən dəli-zad deyiləm ey, pensiya düzəltməküçün gəlib 10-15 gün burda yatmalıyam. Deyirlər ki, 20 gün yat, hər şey düzələcək.Səhv eləmirəmsə, onun da işi elə bir müddətdən sonra yoluna qoyuldu. Çünki yüksəkmaaşlı bir yerdə işləyirdi. Pensiyaya çıxsaydı, 700-800 manat pul alacaqdı.

Əsl xəstələr, illərləsağalmaz xəstəliklərlə mücadilə aparan insanlar bu əlillik dərəcəsini almaqda çoxçətinliklər yaşayırlar. Hətta xərçəng xəstəsi olan, hətta ayaq üstə dura bilməyən xəstəni «Vitek»lərdəget-gələ salıblar. Amma sapsağlam, «əli cibində» olan adamı 10-15 günə «xəstə» çıxarıblarvə o da gedib uzun müddət təqaüd pulu alıb.

Biz Azərbaycanınyeni təyin olunmuş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əlillikləbağlı verdiyi göstəriş və yoxlamanı alqışlayırıq.Çünki bu yoxlamalar zamanı çox böyük qanunsuzluqlar və ədalətsizliklər aşkarlanıb.Biz onu da alqışlayırıq ki, cənab nazirin atdığı bu cür cəsarətli addımlar xalqtərəfindən alqışlanır və müdafiə edilir. Sözün həqiqi mənasında bəlkə indən sonrasaxta yolla əlillik dərəcəsi almaq istəyənlərin qarşısı alındı, əsl xəstələr, uzunillər müxtəlif sağalmaz xəstəlikdən əziyyət çəkən pasiyentlər Həkim Tibb Komissiyalarınınqarşısında həftələrlə, aylarla süründürülməyəcək və onlar öz halal haqlarını alacaqlar.

Axı, elə xəstələrvar ki, iki ayağı, iki gözü, iki əli yoxdur, yaxud da xərçəng xəstəliyinə tutulub.belələrini həkimlərin qapısının qarşısında hansı təmənnaya görə saxlamağı heç Allahda götürməz. Əgər kimsə həqiqi mənada xəstədirsə, onun da haqqı özünə qaytarılmalıdır.Və bir də onu qeyd edək ki, son 20 ildə əlilliyə görə, təqaüd alan insanların bəlkədə 90 fazi sağlamdılar. Əsl xəstələr isə illərdi Həkim Tibb Komissiyalarına ayaqdöyür və çox vaxt da həkimlər ona deyir ki, noolsun ki, dörd-beş dəfə xəstəxanadayatmısan, get bir 20 gün də müalicə olun. Guya 20 gün müalicə olunmaqla həmin adamınayaqları, gözləri, kəsilmiş qolları yerinə gələcək.

Hər halda, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış şəffaflıq və obyektivlik onu deməyəəsas verir ki, bu cür qanunsuzluqlar və haqsızlıqlar keçmişdə qalacaq, uzun müddətmüxtəlif xəstəliklərdən əziyyət çəkən insanlarçox asanlıqla əlillik dərəcəsi ala biləcəklər.


TƏQVİM / ARXİV