adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Iyul 2018 11:37
8137
MƏMLƏKƏT
A- A+

Sərhədçilər Alıxanlı sakinini ölümdən xilas edib

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərə­findən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək verilib.

Dövlət Sərhəd Xidmətindən Adalet.az-a daxil olan məlumata görə, 2018-ci ilin 15 iyul tarixində Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­ıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.

Müraciətə dərhal reaksiya verilib. Şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb. Vətəndaşın həyatı xilas edilib.