adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Iyul 2018 00:21
30624
GÜNDƏM
A- A+

FƏXR EDƏ BİLƏCƏYİMİZ İNSAN - Uroloq-cərrah prof.dr.Akif Bağırov


İnsan yaşa dolduqca şan-şöhrəti artsa da, yaratdığının, mənəvi dəyərlərinin xalqı arasında hörmət görsə belə, digər tərəfdən hər cürə xəstəliklər onun yaxasını buraxmır, onun yaradıcılıq istedadını, fəaliyyət potensiyasını azaldır, onu bədbin bir həyata sürükləmiş olur. Mən də son aylar bu hissləri keçirməli oldum. Bəziləri kimi yalnız öz sağlamlığımı hər şeydən üstün tutanlardan, eqoist həyat tərzindən başqa bir istəkləri olmayanlardan olmadım.
İmkan çərçivəsində xalqım üçün, gənclərimiz üçün yazıb yaratmağı üstün tutdum, hər halda anladın kı, sağlıq məsələlərini də vaxtaşırı unutmamaq lazımdır.
Türkiyənin Gaziantep Universiteti nəzdindəki Xəstəxanaya müraciət etdim, orada tanınmış uroloq prof.dr. İlkər Seçkiner bəy və komandası birinci əməliyyatı (operasiyanı) gerçəkləşdirmiş oldu.
Bir süre sonra ikinci əməliyyata ehtiyac olduğunu söylədilər və mən bir müddət Bakıya gəlməyi düşündüm və sözün düzü artıq şəhərimizdə də təcrübəli həkimlərin.
Ən müasir tibbi avadanlıqlara malik xəstəxanaların, klinikaların olduğunu öyrəndiyim zaman əməliyyatın davamını vətənimdə keçirməyi qərarlaşdırdım. Təbii ki, xəstəliyim ilə əlaqədar bir neçə həkimə müraciət etməli oldum, ancaq heç də əməliyyatı gerçəkləşdirə bilən birisinin fikirlərinə tərəfdar çıxa bilmədim, belə ki, analizlərin nəticələri ilə tam olaraq tanış olmadan həmən əməliyyata keçirilmənin vacib olmasını, bədənin böyük bir parçasının kəsilib atılması, nə bilim yeni bir kisənin tikilməsi və s. kimi təkliflər məni çox qorxutdu. Düşündüm ki, bəlkə xəstəliyimin bir başqa yolunu bilən həkimə rast gələ bildim. Doğrudan da tale məni gözəl bir insan, təcrübəli uroloq-cərrah, Hippokrat Andına sadiq (əfsuslar olsun ki, hələ də bu andı unudan bəzi tibb işçilərinə rast gəlmək mümkündür) prof.dr. Akif bəy Bağırov ilə görüşdürə bildi. İlk görüşümüzdən söhbətimiz tutdu, yəni bu zahirən sadə görünən insanın nə qədər zəki, maraqlı, ən önəmlisi isə öz sahəsinin ustası olmasını hiss etmiş oldum. Akif bəy görüşdüyüm digər həkimlərdən çox fərqlənirdi, başqaları kimi həmən xəstəlikdən, ağrılardan, əməliyyatlardan söz açmır, əksinə xarici ölkələrdə olduğundan, Avropa şəhərlərinin estetik simasından, Venesiya kimi şəhərin memari gözəlliklərindən, insanlarının səmimiyyətindən, buraların yüksək musiqi mədəniyyətindən və s. söhbət edirdi.
O, eyni zamanda Azərbaycanın qədim və müasir tarixindən, maddi və mədəni abidələrinin mühafizə edilməsindən və s. də maraqlı məlumatlar verməkdə idi.
Məni də bu söhbətlərə qatan Akif bəy əslində bir psixoloq kimi məni irəlidəki əməliyyata hazırlayır, əməliyyatdan qorxmamaq, mənə ümid vermək istədiyini sonradan anlamış oldum və ağlıma bir ata sözü gəldi: namərdin əlində ölməkdənsə, mərdin əlində ölmək daha üstündür". Odur ki, səmimi və professional bilgilərə sahib bu insanın (onun urologiyaya, cərrahiyə problemlərinə aid onlarca məqalələri və monoqrafiyaları sözlərimi təsdiq edə bilər) cərrahiyə əməliyyatını keçirməsinə tam olaraq razılığımı vermiş oldum.
Bir də ona görə ki, Akif bəy yalnız bütün analizlərin nəticələrinin tamamına sahib olduqdan sonra belə bir əməliyyatın real nəticə verə biləcəyinə inanmaqda idi.
Gerçəkdən də iyul ayının 4-də onun başçılığı ilə gerçəkləşdirilən əməliyyat başarıyla başa çatmış oldu. Hal-hazırda tədavimi davam etdirməkdəyəm və Akif müəllimin tövsiyələri və məsləhətlərinə riayət edirəm. Amma bir minnətdarlıq və təşəkkür hisslərimi ona bildirməyi mənəvi bir borc olaraq qəbul edirəm. Eyni zamanda bu gözəl və səmimi insanın simasında onun bütün çalışma yoldaşlarına, bu sırada onun asissenti Elnur bəyə, ümumiyyətlə Avrasya Klinikasının bütün əməkdaşlarına dərin minnətdarlıq və şükran hisslərimi də söyləmək istəyirəm.

Prof.dr.Babək Qurbanov
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü