Adalet.az | YIXILAN AYLARA KİMLƏR AĞLAYAR? Adalet.az | YIXILAN AYLARA KİMLƏR AĞLAYAR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YIXILAN AYLARA KİMLƏR AĞLAYAR?

21058    |   2018-07-17 00:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Müəllifdən: Bu gün istedadlı şair və tərcüməçi Mahir N.Qarayevin anadan olmasının 60 illiyidir. Qeyri-adi, əslində çox parlaq xarakteri yenə özünü təsdiqləyir. O, yubiley sevmir, yubiley keçirmir. Heç dostlara da imkan vermir ki, yığcam bir məclis qursunlar. Təntənə, qələbəlik xoşlamır. Ancaq Mahir bütün bunlara rəsmən və mənən layiq işıqlı və dupduru bir yaradıcı ziyalı, bənzərsiz və əvəzedilməz dostdur.
Mahir N.Qarayevə həsr etdiyim bir neçə yazım olub. "Yıxılan aylara kimlər ağlayar?", "İt ömrünə rekviyem" və başqaları. Yubileyinə layiq bilməsəm də "Yıxılan aylara kimlər ağlayar?"ı yenidən təqdim etməyi kiçik bir diqqət olaraq düşündüm. Əslində isə tamam başqa fikrim vardı. Hələ ki, bacarmıram...
***

... Çünki arxivimin "Əsgər məktubları" bölməsində əlimə gələn fotolardan başqa birisindən onun uşaq qədər sadəlövh, işıqlı və utancaq, həm də simpatik, bir az da niskilli baxışları süzülürdü. Fotoda da həyatdakı kimi görünmək, necə var, olduğu kimi "təsdiqlənmək" hər insanda bu qədər təbii və doğma alınmır. Götürüb bir xeyli baxıram. Özüm də həmin o şirin gənclik illərinə, dostluğu bir sevgi kimi yaşaya bildiyimiz qeyri-adi günlərə dönürəm. Tez-tələsik o biri fotoları da (əsgər məktubları ilə bağlı) nəzərdən keçirirəm ki, düşüncələrim, xəyallarım bir az yüngülləşsin, adiləşsin. Ancaq hisslərin, duyğuların sən arzuladığın rezeksiyası mümkün deyil. İstər gül qoxusun, istərsə də qançırlaşsın, zədələnmiş olsun. (Sən hansısa bir ruha əl toxundura bilərsənmi?)
Yox, baxıb görürəm ki, bütün bunların da Mahirə dəxli yoxdur, heç yoxdur. Şəklini, məktublarını ən qaranlıq bir küncə də atsam, unutmaq istəsəm, bacarmaram. Həm də insafsızlıq olar. Bəzi laqeydliklərin incimək məqamları da var. Ondan inciyə bilmirəm. O, saflığını, əxlaqını daha çox qoruyub saxlaya bilən dostlardandır.
...Mahirin əsgərlik fotosunun arxasını oxuyuram: "Heç vaxt unuda bilməyəcəyim ən istəkli dostum olan Məzahirə yadigar. M.Qarayev, 20 iyun, 77". On doqquz yaşlı bir gəncin özündən yeddi yaş böyük olan dostuna göndərdiyi əsgər məktubu, əsgər fotosu. Məktubları da çox yığcam olurdu. O mənə orada yazdığı şeirlərini göndərirdi. Başqaları kimi "Generalın qızıyla gəzməsindən, generalın qızının ondan ötrü özünü öldürmək istəməsindən" və sair və ilaxir mövzulu orta statistik azərbaycanlı əsgərin nağıllarını uydurmurdu. "Payız köç düşübdür rus çöllərinə..." başlıqlı şeirini oxuyanda necə sevinmişdim, necə fərəhlənmişdim...
Biz səksəninci illərin sonunda Azərbaycan Yazıçılar İttifaqının Əli Kərimlə bağlı keçiriləcək tədbirlərin hazırlanmasına aid yaradılan komissiyada bir müddət birgə fəaliyyətimizdən sonra (Bakıda və Göyçayda), demək olar ki, heç ildə bir-iki dəfə də əməlli-başlı görüşə bilmədik.
Təbii ki, mən onun haqqında maraqlandığım kimi, o da mənim yaşamımı, fəaliyyətimi izləmiş və bütün bunlar nadir hallarda rastlaşıb görüşərkən və ürək qızdırdığımız dostlarla salam göndərərkən öz səmimiliyini, doğmalığını həmişə qorumuşdur.
Arxayınca görüşüb dərdləşmək məqamları son illər tamam yoxa çıxıb. Görün işin harasıdır ki, əsasən eyni şəhərdə yaşaya-yaşaya neçə müddətdir, təsadüfdən də rastlaşmırıq. Hərdən-hərdən telefon danışıqları, günü dəqiqləşdirilə bilinməyən görüş istəkləri ... vəssalam. Bütün ağrı-acılarımıza baxmayaraq, şükür, sağ-salamatıq. Hərdən qismətimizə xoş günlər də düşür. Belə günlərdən biri keçən ilin elə bu vədələrində əldən-ələ keçərək və hər dəfə də kiminsə arxayınçılığından ünvanına ləngiyən üstündə kiçik məktub (yenə də kiçik məktub!) olan bağlamanın sevinci idi. Mahirin kiçik məktubu, bağlamada da 4 eyni kitab. İstedadlı, təvazökar, yüksək mədəniyyət və əxlaq sahibi olan dostum Mahirin ilk və son kitab adlandırdığı nəfis şəkilli "Tənhalıq"! 2008-ci ilin sentyabrında çap olunan bu kitab haqqında, səhv etmirəmsə, 2 ay sonra xəbər tutsam da, mənə göndərilən avtoqraflı (biri) kitabları bir də fevralın ortalarında əldə etdim. Kitabda şeirlərin, poetik silsilələrin-hekayələrin, tərcümələrin əksəriyyətini əvvəllər oxusam da yenidən "Tənhalıq"a qovuşdum. Baxmayaraq səhhətimdə çox mürəkkəb və anlaşılmaz dəyişmələr baş verirdi, öz-özümü də anlaya bilmirdim. Tezliklə ağır cərrahi əməliyyat olunacağım ağlıma gəlmirdi. Ancaq kitabı başdan-başa böyük zövqlə oxudum. Mahir bircə sözümdən də inanar. Ancaq qoy ikimizə məlum olan bir sirri açıqlayım ki, daha korrekt alınsın.
Bəzi şeirlər yenidən və çox uğurlu işlənərək çapa verilib. Məsələn, "Qaraçı qızı".
Mahir N.Qarayevin "Tənhalıq" kitabı mənə böyük sevinc bəxş etməklə yanaşı, tələsik görüşməyə səslədi. Telefonla danışıb onu təbrik etdim. Məxsusi gün müəyyənləşdirməyə çalışdıq. Çünki bizim görüşümüzə güman ki, heç bir günün özü də bəs etməyəcəkdi. Mən ayrı bir məqsədimi qələm dostumuz Etibar Cəbrayıloğluna ehmalca bildirmişdim. O günlər Mahir yenidən "tapılmadı" və yenə də xeyli müddət keçəndən sonra biz telefonla danışıb həmin o görüş gününü "axtarmağa" yollandıq.
...Mahirin kitabında tərcümeyi-hala bənzər qovuşuq hisslər də var. Mahir məni bir neçə yerdə xatırlayır, bəzi qayğılarımdan söz açır. Bunların məhz bu yazıya bir elə dəxli yoxdur. Sadəcə dəqiqləşmə üçün yada salıram. Mahir yazır: ":... Məktəb komsomol komitəsinin katibi Məzahir Əhmədoğlu şeir yazdığımı bilib məni tapdı, mən də fürsəti qaçırmayıb "dərdimi" ona açdım. Məzahir bəy şeirlərə baxıb redaksiyanın haqlı olduğunu bildirdi, di gəl o yazılarda nə tapdısa, elə o gündəncə başladı məni əməlli-başlı işlətməyə; onun xidmətiydi ki, üstündən heç bircə ay keçməmiş - 1975-ci ilin martın 22-də həmin qəzetdə "Bir payız gecəsi" adlı ilk şeirim çap olundu.
Daha iki ay keçdi-qəzet "Sənsizlik" adlı ikinci şeirimi çap edib son zəng ərəfəsində məni əməlli-başlı məşhurlaşdırdı. Və heç yadımdan çıxmaz ki, Məzahir bəy bildirdi ki, ədəbiyyat səhifəsi hazırlanarkən (O vaxtlar Göyçayda Əli Kərim poeziya klubu fəaliyyət göstərirdi, klubun fəxri sədri Rəsul Rza idi, təşkilati işləri mən aparırdım - M.Ə.), Rəsul Rza təsadüfən Göyçayda imiş; yazıları gözdən keçirib və mənim şeirimin üstünə "Çox yaxşıdır!" sözlərini yazıb".
Mahir Rəsul Rzanın xoş sözlər qeyd etdiyi həmin o əlyazmanı gedib redaksiyadan götürə bilməməyinin peşmançılığını çəkir. Deyəsən, özü də ciddi şəkildə.
Mahir, qardaşım, sənin o qürurlu əlyazman da, Ədalətin əlyazmaları da, burada adlarını çəkmədiyim və indi çox məşhur olmuş bəzi dostların ilk şeirlərinin saralmış vərəqləri də məndədir. Mən onların hamısını saxlayıram. Çoxunda da böyük şairimiz Rəsul Rzanın qeydləri.
Mən həmişə istedadlı gənclərin dövrü mətbuatda dərc olunması üçün bütün imkanlardan istifadə etməyə çalışmışam - sən ki bunu yaxşı bilirsən.
Elə başa düşülməsin ki, mən bu yazıda Mahir Qarayevin "Tənhalıq" kitabı və ya "Əsgər məktubları" silsiləsindən ona aid olan bitkin bir söhbət açmaq istəyində olmuşam. Əsla belə deyil və son olaraq bunu duymaq da mümkündür. Onsuz da tanıyanlar, oxuyanlar bilir ki, Mahir gözəl şairdir, ziyalı insandır, şəxsən məni təəccübləndirə biləcək dərəcədə bənzərsiz tərcüməçidir. Mənsə bunları lap çoxdan bilirəm.
Ancaq Mahir haqqında geniş söhbətə qayıdacağım da istisna deyil. Çünki başqa mətləblər də var.



YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK