adalet.az header logo
  • Bakı 7°C
17 Iyul 2018 00:03
7648
GÜNDƏM
A- A+

GÖYÇAYDA QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR ƏZMKAR FƏALİYYƏTLƏ HƏLL OLUNUR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə aparılan quruculuq işlərindən danışarkən deyir: "...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin". Bəli, dövlətimizin siyasəti belədir: Müstəqil Azərbaycan Respublikası daim inkişaf etməli, xalqın rifahı yüksəlməlidir. Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin gerçək mənası budur. Bu səbəbdəndir ki, bu gün Azərbaycanın hər bir bölgəsində yüksək səviyyəli inkişaf parlaq şəkildə görünür. Rayonlara, qəsəbələrə əsl şəhər simasının gətirilməsi, müasirləşdirmə tədbirləri, kəndlərin abadlaşaraq yeni görkəm alması əyalət insanının mənəvi-psixoloji ovqatını, gələcəyə inamını daha da yüksəldir.
Bu mənada son illər daim inkişafda olan Göyçay rayonunun da xüsusi yeri var. Rayon həyatının bütün məsələlərinə ziyalı və işgüzar yanaşması ilə diqqət çəkən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə sakinlər arasında böyük nüfuz sahibidir. Rayon rəhbərliyinin müasirliyə və reallığa yönəlik intensiv fəaliyyəti yeni məzmun daşımaqla qazanılan uğurların daha da möhkəmlənməsini müəyyənləşdirir. Son illər Göyçayda həm sosial-iqtisadi, həm də mədəni inkişafın yüksəlişi dövlət qayğısının və rayondakı işgüzar əhval-ruhiyyənin, inam və etibarın nəticələridir.
2018-ci ilin birinci yarısı arxada qaldı. Bir sıra xoşagəlməz hadisələrə baxmayaraq uğurlu və zəfərli günlər daha çoxdur. 11 aprel prezident seçkiləri günündə xalqla iqtidarın sarsılmaz birliyi, bütün istiqamətlərdə əldə olunan sosial-iqtisadi uğurlar, dünyanın diqqətini cəlb edən möhtəşəm hərbi parad... Bütün bunlar xalqımızı daim yeni qələbələrə ruhlandırır.
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqdakı məruzə və çıxışlarda da cənab Prezidentin Göyçay rayonuna göstərdiyi qayğı və diqqət dəfələrlə alqışlanmışdır. Yığıncaqda məruzə ilə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə demişdir:
- 2018-ci ilin birinci yarısında rayon üzrə əsas iqtisadi göstəricilər artıqlaması ilə yerinə yetirilmiş, iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 % və ya 3,2 milyon manat artaraq 129,4 milyon manat olmuşdur.
Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 17,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,6% çoxdur.
Cari ilin birinci yarsında aqrar sahədə də müəyyən uğurlar əldə edilmiş, 2335 hektar sahədə yazlıq əkinlər aparılmışdır. Bu dövürdə 930 hektar sahədə çoxillik otlar, 164 hektar sahədə kartof, 122 hektar sahədə qarğıdalı, 85 hektar sahədə çəltik əkilmişdir. Taxıl biçini kampaniyası əsasən başa çatdırılmış, 41962 ton taxıl tədarük edilmişdir ki, bu da 2017-ci ilə nisbətən 721,6 ton çoxdur. Hər hektarda məshsuldarlıq ötən ilə nisbətən 0,8 sentner artaraq 29 sentner təşkil etmişdir. 
Əkin sahələrinin suvarma suyu ilə yaxşılaşdırılması, torpaqların münbitliyinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, 2018-ci ilin yanvar-iyul aylarında rayonun, Kürdşaban, İnçə Mallı-şıxlı və Çərəkə kəndlərinin ərazisindəki kollektor-drenaj şəbəkələrində 20500 p/m-lik hissəsində 68,7 min kub.m həcmində lildən təmizləmə işləri aparılmışdır. Suvarma arxları 170,2 km məsafədə lil və çöküntülərdən təmizlənmiş, arxların su ötürmə qabiliyyəti artırılmışdır. Göyçay çayı məcrasında 196 min kub metr həcmində məcra təmizləmə işləri aparılmış, 35 ədəd hidrotexniki qurğu təmir edilmişdir.
Faraş tərəvəz istehsalının artırılması məqsədilə cari ilin birinci yarısında ümumi sahəsi 277 hektar olan 7600 istixana quraşdırılmış, ötən dövrdə 28,8 min tondan artıq faraş tərəvəz istehsal olunaraq əsasən Rusiya bazarlarına ixrac olunmuşdur.
Baramaçılığın inkişafına diqqət daha da artırılmış, cari mövsümdə rayona 5940 qram barama qurdu gətirilərək 108 kümdar arasında paylanılmışdır. Cari ildə 12500 kq barama tədarük edilmişdir ki, bu da ötən ildəkinə nisbətən 7207 kq və ya 2,4 dəfə çoxdur. 2018-ci ilin birinci yarsında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 6,4 milyon manat vəsait yönəldilmişdir. Tikinti təşkilatları tərəfindən 6,3 milyon manatlıq tikinti quraşdırma işləri yerinə yetirılmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon manat və ya 18% çoxdur.
Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,4%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,3 % artmış, 571 yeni daimi iş yeri yaradılmışdır.
Rayonəhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 17 mart 2017-ci il tarixli və 9 aprel 2018-ci il tarixli Sərəncamlarına əsasən "Azərsu" ASC tərəfindən rayonun 16 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülmüş, kəndlərin ərazisində 164 bulaq quraşdırılaraq bütövlükdə 30 min nəfərdən artıq əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 24 fevral 2017-ci il tarixli Sərəncamına müvafiq olara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular o cümlədən, 101 ədəd bulaq quraşdırılaraq istifadəyə verilmiş, həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatını yaxşılaşmışdır.
Cari ilin I yarsında rayonun Mallı-şıxlı, Çərəkə, Alxasava, Bığır, Şəkili, Ərəbcəbirli, Mollahacılı, Ulaşlı-Şıxlı, Xəlitli kəndlərində istifadəyə yararsız güc transformatorları, şəhər və kəndlərdə yaşayış məntəqələrinin ərazisində 323 ədəd 0,4 kv-luq, 103 ədəd 10 kv-luq qəzalı vəziyyətdə olan dayaqlar yeniləri ilə əvəz edilmişdir, 13,5 km uzunluğunda yükünü özü daşıyan naqillər çəkilmişdir. Hesabat dövründə rayonun Çaxırlı, Ləkçılpaq və Çərəkə kəndlərinə təbii qaz verilişi bərpa edilərək təbii qazla təmin olunan rayon yaşayış məntəqələrinin sayı 47-ə çatdırılmışdır. Hazırda rayon üzrə yaşayış məntəqələrinin 84 %-i qazlaşdırılmışdır. Rayon əhalisinin 93% təbii qazla təmin olunur.
Azərbaycan Respublikası Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" 05 mart 2018-ci il tarixli sərəncamına əsasən cari ildə Kürdşaban və Şəkili kəndlərinin də qazlaşdırılması nəzərdə tutulur.
Hesabat dövründə rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində müəyyən işlər görülmüş, Əli Kərim adına parkda əsaslı təmir işləri başa çatıdırılmış, burada yeni monitor quraşdırılmış, müharibə veteranları üçün kafe istifadəyə verilmiş, soyqırım abidəsi şəhidlər xiyabanına köçürülərək əsaslı şəkildə yenidən qurulmuşdur. Parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirə kompleksi inşa edilmidir. Hazırda Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi aparılır. Şəhər ərazisində küçə və ictimai həyətlərin asfalt örtüklərinin yenilənməsi işlərinə başlanılmışdır. Avtovağzal binasının tikintisi başa çatdırılmaq üzrədir.

(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDZADƏ