adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyul 2018 16:40
12653
DÜNYA
A- A+

Xameneyi: “ABŞ-a gücümüzü göstərməliyik”

İranın bütün dünya ilə - həm Qərb, həm də Şərqlə əlaqələrini inkişaf etdirməsi vacibdir. Amma bircə ABŞ-la yox.

AzVision.az xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətulla Əli Xameneyi deyib.

"Bir neçə hallar istisna olmaqla – məsələn, ABŞ kimi İranın digər dövlətlərlə, həm qərb, həm də şərq ölkələrilə əlaqələri genişlənməli və inkişaf etməlidir. Diplomatiyamızın məqsədyönlüyünü və praktiki dinamikasını bundan sonra da gücləndirməliyik. Bütün hallarda milli maraqlar ən öndə gəlməlidir”, – deyə Xameneyinin rəsmi saytında dərc olunan bəyanatında bildirilib.

İranın ali dini lideri həmçinin, hökuməti aktiv xarici siyasət yürütməyə çağırıb: "İran iqtisadiyyatı avropalıların nüvə sazişi üzrə nə vaxt zəmanət təklif edəcəklərini gözləməklə keçinə bilməz. Xüsusilə də ABŞ qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik”.