adalet.az header logo
  • Bakı 7°C
16 Iyul 2018 16:31
13086
KRİMİNAL
A- A+

Bərdədə 13 cinayətkar dəstə zərərsizləşdirilib

Bərdə Rayon Polis Şöbəsi əməkdaşları sabitliyin təmin olunmasında mühüm işlər görüb, cinayətkarlığa qarşı mübarizədə yüksək nəticələr əldə edib, qanunçuluğa, nizam-intizama ciddi riayət ediblər.

Şöbədən Adalet.az-a verilən xəbərə görə, cari ilin 6 ayı ərzində RPŞ-də 150 cinayət hadisəsi qeydə alınıb. Onlardan 137-nin açılması təmin edilib. Eyni zamanda qeyri-aşkar şəraitdə qeydə alınmış 68 cinayət hadisəsindən 65-nin, açılmaşı təmin edilib. Peşəkarlıqla və "isti izlərlə” aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin 6 ayı ərzində 31 nəfərdən ibarət olmaqla 13 cinayətkar dəstə zərərsizləşdirilib. Cinayətkar dəstələr tərəfindən törədilmiş mülkiyyət əleyhinə 17, 1 özbaşınalıq, 1 xuliqanlıq olmaqla ümumlikdə 19 faktın açılması təmin edilib.

2018-ci ilin birinci yarısında 39 nəfər təqsirləndirilən şəxsdən 30 nəfəri saxlanılaraq istintaqa, 11 nəfər itkin düşənlərdən isə 8-i tapılaraq ailə üzvlərinə təhvil verilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib. Belə ki, cari ilin 6 ayı ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 fakt aşkar edilib, onlardan 13 fakt qanunsuz saxlama, 9 fakt satış, 3 fakt isə narkotik vasitələrin qanunsuz becərilməsi ilə bağlı olub. Ümumilikdə 4 kiloqramdan yuxarı narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.