adalet.az header logo
  • Bakı 7°C
16 Iyul 2018 14:57
11057
ƏDƏBİYYAT
A- A+

“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb

"Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub.

Adalet.az-ın verdiyi məlumata görə, jurnalın bu sayında "Nobel kürsüsü” rubrikasında – Andre Jidin "Pastoral simfoniya” əsəri; "Yubiley” rubrikasında – Nəriman Əbdülrəhmanlının "Səsindən yıxılan” hekayəsi; "Poeziya” rubrikasında – Migel Ernandesin şeirləri; "Memuar” rubrikasında – Konstantin Paustovskinin "Ədəbi portretlər”i; "Korifeylər” rubrikasında – Heynrix Böllün "Kişisiz ev” romanının ardı; "Gürcü ədəbiyyatı” rubrikasında – Bağater Arabullinin şeirləri; "Yaddaş” rubrikasında – Vasili Radilovun "Sibirdən” məqaləsi; "Danimarka nəsri” rubrikasında – H. Branner, H. Herdal, K. Soyanın hekayələri; "Türk dünyası” rubrikasında – Lalə Müldür, Heydər Ərgülən, Nevzat Çelik, Kiçik İskəndərin şeirləri; "Hekayə” rubrikasında – Zeydi Smitin "Kamboca səfirliyi”, Tuve Yanssonun "Boz ipək”, "Gimnastika müəlliminin ölümü” hekayələri; "Rumın poeziyası” rubrikasında – Nikita Steneskunun şeirləri; "Klassik rus nəsri” rubrikasında – Nikolay Leskovun "Mtsenki qəzasının ledi Maqbeti” povesti; "Unutsaq – unudularıq” rubrikasında – Pater Amaliettinin "Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanının ardı; "Teatr” rubrikasında – Jan Anuyun "Yüksüz sərnişin” pyesi kimi əsərlər yer alıb.