Faiq QİSMƏTOĞLU: Şadlıq sarayında at əti?

FAİQ QİSMƏTOĞLU
44885 | 2018-07-16 13:55

… Toydan gözəl nəola bilər? Burda iki gəncin qovuşduğu an, qovuşduğu məqam tarixə çevrilir. Və otoyda kim iştirak edirsə, sevincli anlar yaşayır. Amma gəlin razılaşaq ki, bugünkütoylarımızda əvvəlki dövrlərlə müqayisədə sanki bir sönüklük, bir quruluq hiss olunur.Çünki toylar hamısı eyni cür olur, eyni ssenari əsasında başlanır (əgər buna ssenaridemək mümkünsə) və eyni ssenarilə də bitir.Toyların çoxunda insanlar musiqiyə qulaq asmaq əvəzinə, istirahət etmək əvəzinə səs-küydən canını qurtarmaq üçün foyeyəqaçır. Hətta foyedə səs o qədər güclü çıxırki, burda da qulaq dincliyi tapmaq mümkün deyil. Məni qanıma qəltan eləsələr dədeyəcəm: bu gün yaşlı adamlar toydan çox yas məclislərinə getməyə üstünlük verirlər.Çünki yas məclislərində heç olmasa «Quran» oxunur, insanların ruhu, qəlbi dincəlir…

Toylarımızın lapşiti çıxıb ey! Xüsusən Bakıda keçirilən toylar toydan çox bir soyğunçuluq məclisinəbənzəyir. Paytaxtda o qədər şadlıq sarayları var ki, saymaqla qurtaran deyil. Hamısınında müxtəlif cür menyuları var. Yəni bu menyularda35 manatdan tutmuş 250 manata qədər qiymətlər olur. O hansı adamdır ki, bir toyda250 manatlıq yemək yeyə bilir. Görəsən elə adam var?! Mən elə adam tanımıram. Siztanıyırısınızsa, ünvanını göstərin, gedib onunla söhbətləşək. 250 manatlıq yeməkverən şadlıq sarayının adminstratoru deyir ki, buna təəccüblənmək lazım deyil. Çünkibu yeməklərə beş-on cür dəniz qidaları – balıqlar, kürülər və bahalı-bahalı içkilərdaxildir.

Aydındır ki, 250manatlıq stola görə, pulu olmayan adamlar o toya getməyəcək. Yəni ən azından butoya 250 manat nəmər yazdırmalısan. Burda qazanan bilirsiniz kimdir? O şadlıq sarayınınsahibi. Onunla işimiz yoxdur. Hər kəs öz əməlinə görə cavabdehdir. Və bir də250 manatlıq toya o adam gedir ki, onun imkanı olur. Heç inanmıram ki, stolu250 manata olan o şadlıq sarayına toy edən adam imkansız insanı dəvət eləsin. Hərəninöz əhatə dairəsi var. Buna da sözümüz yoxdur.

Sözümüz onadır ki,orta səviyyəli şadlıq saraylarında da camaatın başına olmazın oyunlar açırlar. Məsələn,bu yaxınlarda prestijli bir şadlıq sarayında yaxın dostumuzun oğlunun toyunda işitrakelədik. Məndən savayı həmin toyda da bir dostumuz vardı. Əvvəldən şərtləşmişdikki, bir stol arxasında əyləşək. Tez gəldiyimdən gəlib əyləşdim, gördüm ki, acmışam,pomidordan, xiyardan, pendirdən yavaş-yavaş yeməyə başladım. Yarım saatdan sonraən çox xoşladığım mal ətindən olan buğlamanı gətirdilər. Xidmətçi həmin buğlamadaniki tikəsini səliqə ilə mənim boşqabıma qoydu. Mən də tez çəngəllə həmin ətdən yeməkistədim. Bıçağı ətə vurdum, gördüm ki, qapqaradı. Buna baxmayaraq hər iki tikəniyedim. Ətin rəngi qıpqırmızıydı. Öncədən xidmətçiyə beş manat vermişdim ki, yaxşıxidmət eləsin. Xidmətçini çağırıb «belə də yemək olar?» - deyə iradımı bildirəndəxidmətçi yazıq görkəm aldı: «Müəllim, istəyirsiniz adminstratoru çağırım, sözünüzüona deyin. Vallah, məndə heç bir günah yoxdur. Mənə nə verirlər, mən də stolun üstünəgətirirəm». Sonra xidmətçi əyilib yavaşca qulağıma pıçıldadı: «Stolun üstünə qoyulanət yeməklərinin heç birini yeməyin. Hamısı köhnədir, ötən toydan qalıb. Ən yaxşısıbudur ki, meyvələrdən istifadə eləyin. Bax, meyvələrimizə söz ola bilməz».

Bir qədər keçəndənsonra dostum gəldi. O da mənim yanımda əyləşib yeməklərə göz gəzdirdi, nəsə ağlıbir şey kəsmədi. Mənim kimi pendirdən, pomidordan, xiyardan boşqabına yığdı. Sonrada yavaş-yavaş nuş eləməyə başladı. Mənim də qabağımda bir pomidor vardı. Deyəsənköhnə idi. Bıçaqla kəsəndə pomidorun şirəsi necə sıçradısa, dostumun təzə geydiyiköynəyinin üstünə düşdü. Xəcalətimdən bilmədim neyləyim. Tez stolun üstündəki solfetkadanbirini götürüb onun köynəyinə düşmüş pomidorun şirəsini sildim. Dostum gördü ki,əldən-ayaqdan gedirəm, elədiyim hərəkət üçün utanıram, tez dilləndi: «Qardaş, utanıbeləmə, köynəkdi də, ləkə düşüb düşsün. Yüz belə köynək sənin bir saçına qurban.Evdə yudurdacam, hər şey də düzələcək. Səndə günah yoxdu, günah o köhnə pomidorustolun üstünə göndərən və onu ora gətirib qoyandadı. Gördüm ki, nə illah eləyirsən,bıçaq pomidoru kəsmir ki, kəsmir. Baxıram ki, toyuğun soyutmasından da, kababındanda qoxu gəlir».

Dostum bu sözlərideyib iri boşqaın içindəki buğlamadan ikisini öz boşqabına çəkdi. Sonra mənim kimibıçaqla bu buğlamanı kəsəndə qaraltı gördü və yenidən səsləndi: «Əşi, bu ki, köhnəətdir. Üstəlik də qıpqırmızıdı. Vallah, deyəsən bu dana əti deyil, at ətidir. Atəti ancaq belə qırmızı olur. Üstəlik də köhnəlib».

Diqqətlə yeməklərəgöz gəzdirən dostum təəccübünü gizlədə bilmədi. Stolumuzun ətrafında əyləşmiş qonaqlardanbiri (özünün dediyinə görə həkim idi) dedi ki, buğlamaya baxan kimi gözüm su içmədi.Eləcə də digər yeməklərə baxan kimi hiss elədim ki, köhnədi. Mən nə buğlamadan yedim,nə o köhnə toyuq və toyuq kababından. Salatlara isə qətiyyən əl vurmadım. Görürsünüzki, üç-dörd dənə ərik yemişəm.

Mən isə buğlamadaniki tikə yediyimə görə, çox narahat idim.Çünki mədə-bağırsağımda problem olduğuna görə, həmişə köhnə yeməklərdən və xörəklərdənqaçmışam. Toylarda olanda isə ən yaxşı halda mal ətinin soyutmasını, ya da buğlamasınıyemişəm. Bir az da pendirdən, pomidordan istifadə eləmişəm. Deyəsən bu dəfə təkmən deyil, toydakıların əksəriyyəti bu cür köhnə yeməkdən əllərini çəkmişdilər.

Toyunsahibi çox hörmətli bir insandı. Onun başı qonaq-qarasına necə qarışmışdısa, yeməklərənəzarət eməyi unutmuşdu. Dostum neyləsin? Oğlunun əziz günüdü, insanlarla sevincinipaylaşır və onlara yaxşı istirahət etməyiarzulayır. Tay nə bilsin ki, şadlıq sarayının vicdanını itirmiş rəhbəri köhnə yeməkləriəvvəlki toydan onun toyuna ötürüb.

Vəbir də ki, şadlıq saraylarına sanki toy edənlərə borcu var. Çünki şadlıq sarayları toy zamanı bir manat da olsa toy eləyənə güzəşteləmək istəmir. Özü isə toy sahiblərini müflis edir, aldadır. Dünyanın heç yerindəbizim toylarda olan bədxərclik baş verə bilməz.Yemək-içmək, hər cür təamlar stolun üstündə qalır və şadlıq sarayları da həmin yeməkləritoy sahibinə vermək istəmir. Ən yaxşı halda, bəylə gəlinə bir paket düzəldərlərvə pay verərlər. Toydan qalan yeməklər, sərinləşdirici və spirtli içkilər şadlıqsarayına qalır. Ona görə də şadlıq sarayalarıqaz vurub qazan doldururlar. Hansı ki, toy eləyən adam 200-300 manat borcu olsavə onu ödəməsə, şadlıq sarayları bəylə gəlini girov saxlayır və sonra o pulu ödətdirir.

Birdəfə Xırdalanda toyun pulunu tam ödəməyən toy sahibinin oğlu və gəlini girov götürülmüşdü. Pul ödəniləndənsonra onları buraxdılar. Şadlıq sarayları özlərinin bir manatanın qiymətini çoxyaxşı bilir, amma camaatın minlərlə manat pulunun dalına keçəndə heç «uf» da demirlər.

Ümumiyyətlə,şadlıq saraylarının toy sahiblərini soyması ilə bağlı məsələ gündəmə gətirilməli,hətta bu mövzu Milli Məclsi səviyyəsinə qədər qaldırılmalıdır. Çünki yas yerləriilə bağlı məsələ bir zaman gündəmdə oldu və bir çox yerlərdə israfçılığın qarşısıalındı. Bakı toylarında isə bu israfçılıq bilavasitə toy edənlərə ziyan gətirir,şadlıq saraydarına isə on minlərlə xeyir verir. Əksər toylarda toy sahibləri oranə qədər pul yığılırsa, elə xərci güclə ödəyir. Mənim bir qohumum var, toyuna Bakıda12 min manat pul yığıldı, üstünə də 500 manat qoyub şadlıq sarayına ödədi. Toydan sonra bir qanqaraçılıqoldu, gəl görəsən.

Şadlıqsaraylarının başını kəssən də öz bildiklərini eləyir. Yəni toy sahibi deyir ki,filan salatları, filan soyuq qəlyanaltıları menyudan çıxart, isti xörəkləri artır,şadlıq sarayldarı qətiyyən buna razılaşmır. İki ayağını bir başmağa dirəyib deyirki, məsələ belədir və bu cür də biz xidmət edirik . Sizin dediyinizin heç biri bizəsərf eləimr. Bax, bu başdan-ayağa soyğunçuluq və toy sahiblərini aşağılamaqdı.

Sumqayıdavə başqa şəhərlərdə şadlıq sarayları icarəyə verilir. Uzaqbaşı 1000 manat ödəyibo şadlıq sarayını toy sahibi bir günlük icarəyə götürür. Eyni zamanda o 1000 manatıniçərisində şadlıq sarayı xidməti də özü edir. Mənim qohumum Sumqayıtda toy elədi,əti, balığı, tərəvəz məhsullarını hamısı özü təptəzə gətirib verdi şadlıq sarayına.Onlar da hər şeyi qəşəng bişirib ortaya qoydu. Cəmü-cümlətanı bir stolunun qiyməti20-25 manata düşdü. Onun yeməyinin dadı, tamı, təzəliyi 80-90 manata olan Bakı toylarındanyaxşı idi. Və hamı da o toydan razı getdi. Yığılan pul da qohumuma qaldı. Çox cüzibir hissəsi toya xərcləndi.

Toydaşadlıq sarayları toy sahiblərinin qanını qaraltmamalıdır. Haramlıqla, əyri yollaqazanılan pulların vallah, bərəkəti də olmur. Ancaq bizim şadlıq saraylarının birçoxunun əldə etdiyi gəlir heç də halallıqdankeçmir. Onlar toy sahiblərini soyur, dəfələrlə baha qiymətə yemək təşkil edir, üstəlikdə o biri toydan qalan köhnə yeməkləri camaata sırıyır. Bax, bunun adına nə deməkolar, onu hələ ki, mən tapıb deyə bilmirəm. Siz tapıb desəniz, bizə xəbər eləyinvə biz də gələn saylarımızda sizin dediklərinizi qələm alaq.


TƏQVİM / ARXİV