Ege Cansen: Yaponlarmı yoxsa Türklərmi daha mədəni?

16372 | 2018-07-16 14:25

Türkolmağımıza rəğmən çoxumuz bu suala "Yaponlar" deyə cavab verərik. "Yaponlar,Türklərdən daha mədənidir” cavabını verən Türklərə ikinci olaraq "Siz, sıradanbir Yapondan daha azmı mədənisiz?” deyə soruşulsa, təxminən veriləcək cavab "Xeyr”olacaqdır. Çünki şəxs, birinci suala cavab verərkən "mən xaric bəli" deməkistəmişdir.

İkincisual isə özüylə bağlıdır. O zaman cavab xeyr olmaqdadır. Əgər hər Türk, özünüsıradan bir Yapondan daha mədəni görürsə, məntiqi nəticə çıxarsaq "Türklərin,özlərini Yaponlardan daha mədəni görür" olmaları gərəkli olar. Halbuki birincisuala verilən cavaba görə, Türklər "Yaponları, Türklərdən daha mədəni" görür.

Ziddiyətlideyilmi?

Xeyr!Çünki cavabları eyni şəxs vermir.

Hərşəxs əslində üç şəxsdir. Birincisi, mən, ikincisi məndən içəri mən, üçüncüsüməndən xaric olan məndir.


YAPONLAR ÖZLƏRİNİ NECƏ GÖRÜR?

KeçənlərdəYaponlar tərəfindən hazırlanmış "Yaponların nə qədər mədəni olduğu" anladılanbir video filmi seyr etdim. Videoda mədəni kəliməsi keçmirdi. "Yaponlarözlərindən əvvəl digər insanları düşünür" (Japans mind other people) deyilirdi.Bu etik hərəkətlər də aktyorlar tərəfindən fərqli örnəklərlə canlandırılırdı.

Avtobusa,tramvaya və ya metroya minən düşən insanların bir-birinə yol verməməsindəntutmuş, parklarda, bağçalarda digər insanları narahat etməyəcək şəkildə oturubalçaq səslə danışmağa, kiçik bir zibili belə istirahət sahəsində buraxmamaqdantutmuş, küçələrdə digər maşınlara yol verməyə qədər çeşidli "mədəni davranışlar" kino diliylə tamaşaçıya çatdırıldı.

Videonuseyr etdikdən sonra bu "Yaponlar mədənidir" filmini hansı qurum, kimlər seyretsin deyə hazırlamış ola bilər deyə düşündüm. İngilis dilində səsləndirilmişbu film bir təbliğat materialları idi.

Dünyaya"Yaponlar, mədənidir" imici verilmək istənilirdi. Amma gərçəyin də bu olmasıgərəkli idi. Yoxsa bu təbliğat işi alınmazdı. Eləysə bu filmi əvvəlcə Yaponxalqı seyr etsin. "Yapon imicinə uyğun davransın" deyə tərcümə edilmişdi.


HƏR KƏS ÜÇÜNCÜ ŞƏXSTİR

1959-cuilin yayında ODTÜ İdarəetmə FakültəsiDekanı Hollandiyalı pofessor Dr. Weinrebin üstün bacarığı və münasibətlərisayəsində 50-yə qədər tələbə 45 günlüyünə pulsuz-parasız Hollandiyaya getdik.

Səyahətimizbaşlamadan əvvəl Fuat Çobanoğlu bizləri bir yerə topladı. "Sizlər yarımədənisiz. Mədəni bir ölkəyə səyahət edəcəksiniz. Siz ora fərd olaraq yox, TürkMillətini təmsil edəcəksiniz. Unutmayın, orada həyatında heç Türk görməyəninsanlar var. Birinizin sərgiləyəcəyi qeyri-mədəni bir davranış, Türklüyə ziyanedəcəkdir” dedikdən sonra "Mədəniyyət, üçüncü şəxsin haqlarına hörmətgöstərməkdir” deyərək bənzərsiz birçıxış etdi.

Primitivvə ya yarı primitiv cəmiyyətlərdə fərdlər əvvəlcə özlərini düşünər. Daha sonraailəsini, qohumlarını, tanıdıqlarını və özlərini tanıyanları dərk edərlər.Tanımadıqları və özünü tanımayanların haqqına hörmət göstərməz. Hətta onlara hörmətsizliketmək gərəklidirsə düşməncə davranmaqda bir ayıb görməz.

Halbukişəxsən özü də başqaları üçün "üçüncü şəxsdir”. Başqaları da ona qayğıgöstərməz, onun haqlarına hörmət, sayğı göstərməz.

Sonsöz: Hörmət gözləmədən, hörmət göstər.


P.s. Amma mənə elə gəlirki, biz azərbaycanlılar yaponlardan daha mədəniyik.


Türkçədən çevirdi: Oğuz Ayvaz

TƏQVİM / ARXİV