Son günlər məişət həyatımı təsvir edən iki cümləni sizə təqdim edirəm:
1) İyun, iyul ayları üstümdən qatar kimi keçir...
2) Əlimə not dəftərim, baxıramuzaqlara...
Şeir kimi çıxdığı ikinci bənd.Şeir demişkən... Yuxarıdakı "iyun, iyul” aylarının ağırlığını şeir üzərinəyükləyəndə yazıq misralar istidən birtəhər olub qaçışırlar kondisionerinaltına. Siz heç kondisionerin altında yaxşı şeir yazıldığını eşitmisiniz? Mənyox. Kondisioner süni havadır. Şeir isə həqiqi hava istəyir. Hələ ki o həqiqihavanı tapa bilmirik... Şeir də, mən də...
Qələmi barmaqlarımın arasındasıxıram. Di gəl ağ səhifəyə sözlər yox, əyri-üyrü xətlər, zolaqlar çəkirəm.Bəzən saatlarla ağ vərəqin üzünə baxa-baxa qalıram. Kəlmələr beynimdən,hislərimdən vərəqə tökülmür. Gəlmir ki, gəlmir.
Gördüyüm işlərdən nə qədərxoşbəxtəm?
Yazmaq üçün nəyi gözləyirəm?
Nələrin öhdəsindən gəlməliyəm?
Mən hara aidəm?
Yay gələndən yaza bilmirəm.İçimdə yığılıb-tökülən duyğuları, adamları, emosiyaları, hissləri yazıya, şeirəçevirə bilmirəm. Buna görə aylardı əzab çəkirəm. İsti günlərdə kondisionerinaltında nəfəs alır, yağışlı günləri həsrətlə gözləyirəm. İçimdə tağ atanistilərdən bir gün qurtulacağımı da yaxşı bilirəm. Amma bu dözülməz mənəviboşluğumun içi dolmur ki, dolmur. İndi deyəcəksiniz, əşşi, yayda yazmaq nədi.Bunu başa düşə bilərəm. Bəs yaxşı bunlara nə deyəcəksiniz: kitab oxuyabilmirəm, filmə baxmaq mümkünsüz. Cəhənnəm yazmıram, heç olmasa bir əsəroxuyum. Olmur, alınmır. Bu işlər də zorən baş tutmur. Gərək ki, göylərdən birnida enə mənə.
Bu proses bəlkə dəyaradıcılıqla bağlıdır. Qısaca yaradıcılıq əzabı. Əlbəttə ki, mən məşhuryazıçı, yaxud şair deyiləm. Amma lənət şeytana ki yazmaq istəyimi də boğabilmirəm. Guya ədəbiyyata çox da lazımam. Dostlara dərdimi açıram. Deyirlər,beynin çox məşğuldu. Həm də istidi. Bu da dostların təsəllisi.
Bu təsəllilər dolğun olabilməz. Məncə, başqa bir səbəbi daha var. O da məşqsizlik. Payız, qış, yazfəsillərində tez-tez yazar, daxilən hüzurlu olardım. İndi iki kəlimə yazabilmirəm. Bu yazı yazma işi gərçəktən yazdıqca asanlaşan bir iş. Murakaminindediyi kimi insan düzənli yazdıqca, daha çox yaza bilir əslində. Deyəcəyim odurki, yay fəsli gələndə, insan ruhdan düşür, tənbəlləşir. Gərək yazıya da biridman kimi baxaq. Hər səhər bir səhifə yazaq, özümüzü məcbur edək, alışaq,vərdiş edək. Necə uşaqların yatmazdan əvvəl rutinləri varsa, yazmanın da insanaözəl bir rutini olmalıdır. Necə o rutinlər uşaqlara "artıq yatmaq vaxtımdı”mesajını verirsə, yazma rutini də "artıq yazmaq vaxtımıdı” mesajı verməlidir.
Yazının bu yerində düşünəbilərsiniz ki, səni yazmağa qoymayan ən böyük səbəb internet, sosialşəbəkələrdi. Əziz oxucular (əgər varsansa sənə şükür, yoxsansa eybi yox), mənbu mərhələni də adlamışam.
Günlərimi internetdə, yaxudfeysbukda keçirtmirəm. Ora mənim üçün bilgi qaynağıdır. Ancaq bəzi yazarlarımızhələ də layk yığmaq üçün dəridən-qabıqdan çıxırlar.
Onların nə vecinə? Hər günyazırlar.
Doğurdan e, bu cüryazarlarımız da var. Özü də "n” qədər. Təsəvvür elə, adamın yaşı 60-ı haqlayıb.Ömür həyatında 100-dən çox kitab yazıb. Və xoşbəxtliyə baxın ki, indi də yazır.Görün içində nələr var, nələr. Gör Allah buna nə qədər istedad verib ki, gününhər saatı yazır. Mənim kimi istedadsızlar da gözünü döyür. Ay yaza bilmirəm, ayistidi nə bilim. Bu cür bəhanələrlə özümüzə təsəlli veririk.
Yaza bilmirəm. Bu mənimgərçəyim idi. Sizlərlə bölüşdüm, yazmağa çalışdım, ifadə eləməyə gücüm yetməsəbelə... Söz, yağış yağsın bir şeir yazacam...