adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyul 2018 11:39
22038
TEXNOLOGİYA
A- A+

Azərbaycanda internetin orta sürəti açıqlandı

Azərbaycanda internetin orta sürəti saniyədə 2,52 meqabit təşkil edir.

Adalet.az xəbər verir ki,Trend bu barədə Böyük Britaniyanın genişzolaqlı rabitə üzrə konsaltinq agentliyi "CABLE.co.uk"in reytinqinə istinadən məlumat verir.

Bu göstəriciyə görə, Azəraycan reytinqdə 200 ölkə arasında 135-ci yeri tutur.

Qeyd olunur ki, internetin orta sürəti 4 saat 31 dəqiqə ərzində 5 gb həcmində yüksək keyfiyyətli videonun yüklənməsinə bərabərdir.

Bundan əvvəlki reytinqdə Azərbaycan saniyədə 2,67 meqabit sürətlə 102-ci yerdə qərarlaşmışdı.

Reytinqə əsasən, orta internet sürətinə görə birinci yerdə saniyədə 60,39 meqabit göstərici ilə Sinqapur qərarlaşıb. İlk üçlükdə həmçinin İsveç (46 meqabit/saniyə) və Danimarka (43,99 meqabit/saniyə) yer alıb.