Həyətində çətənə əkən keçmiş məhkum tutuldu
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
DİN-dən Adalet.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Ağayevin Xırdalan şəhərində kirayədə yaşadığı mənzildən 13 qrama yaxın heroin, 2 kiloqram 700 qrama yaxın marixuana, həmçinin güclü təsiredici xüsusiyyətə malik 51 qram metamfetamin və 30 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Yaxa-Dəllək kənd sakini, əvvəllər məhkum olunmuş Mahmud Nağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 250 qram marixuana, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları isə Mustafabəyli kənd sakini Elçin Süleymanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edərək götürüblər. Faktlarla bağlı cinayət işləri başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Digər Xəbərlər
18 Aprel 2024 18:19
Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO
18 Aprel 2024 14:21Zəngilanda silah-sursat aşkarlandı
18 Aprel 2024 09:22Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
17 Aprel 2024 19:41İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Aprel 2024 09:43