adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Iyul 2018 10:59
10116
MƏMLƏKƏT
A- A+

Sürücünü döyən kişi polisə verildi

Bakı Nəqliyyat Agentliyi 57 nömrəli marşurut xəttində baş verən hadisə ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətinin rəhybəri Mais Ağayev AzVision.az -a açıqlamasında bildirib ki, hadisə 57 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 90 RB 868 DQN-li avtobusda baş verib.

"Sərnişinlərdən biri sürücüyə avtobusu dayanacaqdan kənar saxlamağı tələb edib. Lakin sürücü sərnişinin bu qanunsuz tələbini yerinə yetirmədiyindən sərnişin sürücüyə qarşı kobud ifadələr işlədərək əlbəyaxa olmağa cəhd edib. İnsidentlə bağlı sürücü dərhal Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə məlumat verib.

Bakı Nəqliyyat Agentliyi bir daha sərnişinlərimizi və sürücüləri bir-birinə qarşı münasibətdə etik davranış qaydalarına əməl etməyə çağırır və ictimai nəqliyyatdan istifadə edərkən müəyyən edilən qaydalara əməl etmələrini tövsiyyə edir. BNA bununla bağlı mütəmadi olaraq həm sürücülər, həm də sərnişinlər üçün müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir”.