adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyul 2018 09:13
5966
MƏMLƏKƏT
A- A+

Çökən yolun altında tunel tipli boşluq aşkarlandı - FOTO

"Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb”. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli feysbuk səhifəsində məlumat paylaşıb.

"Ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək”, - deyə qurum rəsmisi bildirib.